www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
549
sərhədləri çərçivəsində yaşayanlar da Azərbaycan vətəndaşlarıdır.
Ancaq bütün bunlarla yanaşı, hər iki müstəqil ölkənin vətəndaş-
larının böyük əksəriyyətinin türk kimliyini, türk dilini, türk
ədəbiyyatını, türk fəlsəfəsini və sairəni paylaşması çox təbii bir
haldır.
Bizcə, modernləşmənin vacibliyi, dövlətçiliyin qorunması,
bütün etnik azlıqların maraqlarının nəzərə alınması adı altında
türkçülüyün az qala radikal millətçilik, tarixə qovuşmuş və milli
ruhlu azərbaycançılıqdan tamamilə fərqli bir ideya kimi qələmə
verilməsi doğru deyildir. Hər bir milləti yaşadan və onun varlığını
təsdiq edən milli ideyadır. Milli ideyanın son nöqtəsi isə milli və
müstəqil dövlətin yaranmasıdır. Əgər biz Azərbaycan türkçülüyü
ideyasını – azərbaycançılığı doğru şəkildə mənimsəsək, dünya
xalqları arasında milli varlığımızı sona qədər sürdürmək çətin
olmaz. Ancaq bu cür mənəvi-ideoloji məsələlər üzərində çalışan
tədqiqatçı kimi hesab edirik ki, milli kimliyini, milli dilini, milli
mədəniyyətini, milli tarixini (tarix fəlsəfəsini), milli ədəbiyyatını,
bir sözlə milli mənlik şüurunu vaxtında dərk etməyən bir millət,
bir toplum üçün dünya millətləri arasında özünü ifadə etmək də
çətin olar. Çünki hər bir millətin tarix fəlsəfəsi o millətin keçmiş
təcrübələri olmaqla yanaşı, eyni zamanda milli prinsiplərinin, milli
şüurunun da arxividir [246, 135].
Hər bir Azərbaycan vətəndaşının milli mənəvi dəyərləri,
yəni vahid vətəni, vahid dövləti qorumaq baxımından milli ruhlu
azərbaycançılıq ideyasının vacibliyini dərk etməsi ilə yanaşı,
Azərbaycanda sayca çoxluq təşkil edən türklərlə, azlıq təşkil edən
etnik qrupların (talış, ləzgi, tat, avar və b.) kimliyinə və dilinə
sahib çıxmaları da təbii qarşılanmalıdır. Əks təqdirdə bir dövlətdə
sayca əksəriyyəti təşkil edən Azərbaycan türklərinin, eləcə də
etnik azlıqların keçmişi ilə gələcəyi arasında bağ qırılar, bununla
|