www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
75
(«Tərəqqi») məqalələrində də öz əksini tapmışdır. «Millət və
millətçilik» silsilə məqalələrində o, yazırdı: «Kamali əminiyyət
və iftixar ilə deyə biləriz: Rusiya müsəlmanları arasında
milliyyət və ittihadi-islam məsələlərini qalxızanların birisi də biz
özümüzük» [10]. O qeyd edirdi ki, artıq türk xalqlarını
millətlərin inkişafının ən parlaq mərhələsini təşkil edən
millətçilik deyilən dövrə çatdırmaq uğrunda mübarizə
aparmaq lazımdır [10]. Bəşərin tarixi təkamülündə dindən
sonra millətçiliyi insan ruhunun ikinci növü adlandıran
Ağaoğluna görə, birincisi cəmiyyətin, millətin ilkin, əbədi
halı, ikincisi isə bəşəri təkamülün vacib əlaməti, xassəsi, hətta
onun inkişafının «sehrkar halı»dır: «Nasionalizm dövrəsi bir
millətin əmrində həmin mayənin xəmiriyyəyə təsir edib, onun
qıcqırması kimidir. Nasionalizm dövründə millət özünə gəlir,
özünü tanıyır, onun cümlə üzvləri cabəca olub, millətin
vücudu, bədəni qəribə bir mətanət, bir mükəmməlliyət kəsb
ediyor» [10].
Qeyd edək ki, 1910-1918-ci illərdə Ə.Ağaoğlu
Türkiyədə olarkən, xüsusilə «Türk Yurd»unda «Türk aləmi»
sislsilə yazıları ilə islamçılıqla türkçülüyün bütövlüyü məsələ-
sinə daha çox diqqət ayırmışdır. Onun fikrincə, islamiyyət
cərəyanının tərəfdarları bilməlidirlər ki, qövmiyyət (milliyyət)
cərəyanı da ictimaiyyət arasında nüfuza malikdir: «İslamiyyət
faili müxtəlif millətlərdən təşəkkül etdiyi üçün pək təbiidir ki,
vahid külli qüvvət, səlahiyyət və mədəniyyət, onu təşkil
etməkdə olan əza və əqvamın qüvvət və mətanəti ilə mütə-
nasibdir. İslam millətləri nə qədər güclü və mətin olursa,
islamiyyətin heyəti-ümumiyyəsi də eyni nisbətdə qüvvət və
mətanət kəsb edir. Milliyyətə xidmət etmək filhəqiqə islamiy-
yətə də xidmət etmək deməkdir» [234, 198-199].
|