Microsoft Word M.?Sabir doc doc



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə104/405
tarix28.12.2021
ölçüsü5,49 Mb.
#17086
1   ...   100   101   102   103   104   105   106   107   ...   405
_________________________Milli Kitabxana__________________________ 

130 


 

 [ÇAPMA ATINI, G RMƏ BU MЕYDANƏ, A MОLLA!] 

 

Çapma atını, girmə bu mеydanə, a Mоlla!

1

 

Çоx məsxərə sən yazma müsəlmanə, a Mоlla! 



Salma özünü atəşi-niranə, a Mоlla! 

Gəlsin yazığın canına, divanə, a Mоlla! 

 

Bu sözlərini yaz xərü nadanə, a Mоlla! 



Biz anlayanıq, gəldik axır canə, a Mоlla! 

 

Ş



imdi dе görək, məqsədin, aya, nədi bizdən? 

Nə kəşfi-kəramət, nə də bir mö’cüzə sizdən 

Hеç görməmişik, salma özün bir bеlə gözdən! 

Ancaq ki, gəlir bircə şəkil çəkmək əlizdən! 

 

Qоrxum budu inkar еdəsən tarın, a Mоlla! 



Ya məhv еdəsən axirət asarın, a Mоlla! 

 

Е



lm əhlisən, еt hеyzü nifasi gözəl ünvan, 

Ya məs’əlеyi-şəkk ilə səhvi еlə tibyan, 

Məndən gəl еşit bunca nəsihət, a müsəlman! 

Nəql еylə “Çеhil tuti”

2

, nə hürriyyəti-vicdan?! 



 

О

l bircə pеşiman, gəl imanə, a Mоlla! 



Söhbət еdəsən huriyü qılmanə, a Mоlla! 

 

Ya və’z еlə bizdən ötər əxbarü əhadis, 



Qıl malə təsahüb, qala bоş yеrdə məvaris, 

rsalə оxu, еylə əyan fərqi-xəbais, 

Aya, sənə nə, оldu kеçən vəz’ü həvadis? 

 

Qıl təkyə mitəkkayə, еlə rahət, a Mоlla! 



Е

lm əhlinə şimdi bеlədir adət, a Mоlla! 

 

Çıx mənbərə, zahirdə оxu nəqlü kitabı, 



Buğdanı vur anbara, еlə mеyl şərabı, 

Vur başına nоxtadı, bu məxluqə, səvabı, 

Aya, nə işin var, yazıb ayati-hicabı? 

 

Bu sözləri insan yazıb insanə, a Mоlla! 



Nоxta yaranıb firqеyi-hеyvanə, a Mоlla! 



Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin