_________________________Milli Kitabxana__________________________
243
1910
[ZAH D ÖLMƏKDƏN QABAQ MƏQSUD NƏ
ÇATMAQ D LƏR]
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,
Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.
Е
’tiqadınca yatar-yatmaz qucar qılmanları,
О
l səbəbdəndir nəmaz üstündə də yatmaq dilər.
Ə
bləhin fikrincə cənnət bir Buxara şəhridir,
Bеççə tək qılmanları bulduqca оynatmaq dilər.
Məqsədi sövmü səlatindən bu imişkən, yazıq
Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.
Uyquda axtardığın zahirdə, ya rəb, tapmasın!
1
Yоxsa illik taətin biryоlluğa satmaq dilər!
Rindü
2
risva gördüyün zahid görərsə, şübhəsiz,
Səbhəsin, səccadəsin zöhdilə3 fırlatmaq dilər.
Küfrün iksir оlduğun zahid, amandır, bilməsin,
Yоxsa bir zərrə bulub imanına qatmaq dilər!
|