QURAN ELMLƏRİ
151
“
Səndən nəyi infaq edəcəklərini soruşsalar, de: “Artıq qalanı”...”
214
2) Munfasıl cavab. Bu da iki cür olur.
a) Sualla cavab eyni surədə olur. Məsələn , “
Onlar dedilər: “Bu
necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır...”
215
sualına
yenə həmin surənin iyirminci ayəsində belə cavab verilir : “
Səndən
əvvəl də ancaq yemək yeyən və bazarlarda gəzib dolaşan peyğəmbərlər
göndərmişdik...”
b) Sualla cavab ayrı-ayrı surələrdə olur. Məsələn “... “
Mərhəmətli
nə olan şeydir...”
216
sualının cavabı Rəhman surəsinin 1-3 ayələrində
verilmişdir: “
Mərhəmətli (Allah) Quranı öyrətdi, insanı xəlq etdi”.
3) Sualın cavabı
gizli olur
“
Əgər Quranla dağlarhərəkətə gətirilsəydi, yaxud yer parça-parça
kəsilsəydi və onunla ölülər dilə gətirilsəydilər belə...”
217
ayəsinin cavabı
gizlidir. Bu gizli cavab da belədir: “
o ancaq Quran idi”.
4) Sual zikr olunmadan
verilən mücərrəd cavab
“...
Axı Allah sizin imanınızı itirməz...”
218
Bu, qiblə dəyişdirilmədən
əvvəl Betytül-məqdisə yönəlib namaz qılanların namazılarının
qəbul olunub-olunmaması barədə verilən sualın cavabıdır.
5)
Bir suala iki cavab
“
Onlar dedilər: “Barı bu Quran iki şəhərdən birində olan böyük bir
adama nazil ediləydi!”
219
Bu sulaın iki cavabı vardır:
a. “
Onlar sənin Rəbbinin mərhəmətini bölürlər?”
220
214 Bəqərə, 2/219.
215 Furqan, 25/7.
216 Furqan, 25/60.
217 Rəd, 13/31.
218 Bəqərə, 2/143.
219 Zuxruf, 43/31.
220 Zuxruf, 43/32.