a. Allah etiqadı Qurana görə Allah, hər şeyi yaradan, hər şeyə gücü çatan,
bənzəri olmayan, tək olan Tanrıdır. Bütün kainatı o xəlq etmişdir:
“Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır!
Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi can-
lılarda tam yəqinliklə inananlar üçün (Allahın birliyinə, qüdrət və
əzəmətinə, qiyamət gününün haqq olmasına dəlalət edən) əlamətlər
vardır. Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində,
Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun
vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və
küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün
(Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır.
(Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz onları (Cəbrail vasitəsilə) sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə (Qurana) inanmadıqdan sonra hansı kəlama inanırlar?” 52 Allah insanın doğru yolu tapması üçün ona peyğəmbərlər və
kitablar göndərmişdir:
“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, 52 Casiyə, 45/3-6