QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI 67
(sinonimləri ilə) əvəzlənməsi nəticəsində ortaya çıxırdı. Məsələn,
“fəsav ilə zikrillah” ayəsini
86
bəziləri “fəmdu ilə zikrillah”, “in
kənət illə sayhətən vahidətən” ayəsini
87
isə “in kənət illə zəqyatən
vahidətən” şəklində oxuyurdular. Bəzi səhabilərin müshəflərinə
təfsir kimi əlavə etdikləri kəlmələrə gəldikdə isə ona bu misalı verə
bilərik: Bəqərə surəsinin 238-ci ayəsi Hz. Aişəyə məxsus müshəfdə
“ Hafizu alə saləvəti vəs-salətil vusta və salətil-əsr” şəklində yazılmışdı.
Yenə bu surənin 198-ci ayəsini Abdullah ibn Abbas öz müshəfinə
“Leysə aleykum cünahun ən təbtəğu fadlən min rabbikum fi məvəsimil- həcci” şəklində yazmışdı. O günkü şərtlərdə hər yerə Quran
müəllimləri göndərmək də qeyri-mümkün idi. Ancaq bir tərəfdən
də müsəlmanlar arasındakı bu fikir ayrılıqları təhlükəli həddə ça-
tırdı və bu məsələ həll edilməsəydi onlar arasında müharibələr belə
baş verə bilərdi. Bütün bunların nəticəsində Quran nüsxələrinin
çoxaldılması zərurət halına gəlmişdi. Məhz buna görə daha öncə
bəhs etdiyimiz Zeyd ibn Sabitin rəhbərlik etdiyi komissiya hicri 25-
ci ildə Quran nüsxələrini çoxaltma prosesini başlatdı.
Hz. Osman Quranı istinsax edən bu heyətə bəzi təlimatlar ver-
mişdir ki, o təlimatlar bunlardır:
1. İstinsaxda Hz. Əbu Bəkr tərəfindən cəm edilən Müshəf əsas
alınacaqdır.
2. Yeddi hərfdən sadəcə Hz. Peyğəmbərin Cəbrayıla ən son
oxuduğu hərf alınacaq, digərləri isə tərk ediləcəkdir.
3. Tilavəti nəsx edilən ayələr yazılmayacaqdır.
4. Əgər heyət üzvləri arasında ixtilaf çıxarsa Qüreyş ləhcəsi əsas
alşnacaqdır.
86 Cümə, 62/9
87 Yasin, 36/29