vericiliyini dəyişən və təzələyən ölkələrdən hez biri Ticarət Məcəlləsi qəbul etməmiş və ticarət hüququnu ayır-
mamışdır. Indiki qanunvericilik vahid xüsusi hüquq yolu ilə inkişaf edir. Bununla belə, indiki dövrdə mülki hü-
quqda ticarət (kommersiya) dövriyyəsini və sahibkarlıq fəaliyyətini tənzimləyən normalar meydana gəlir. Mülki
hüquq həmin bu normaların təsiri altında inkişaf edir. Bu cür tendensiya (meyl) və təmayül mülki hüququn
ticarət (kommersiya) dövriyyəsini və sahibkarlıq fəaliyyətini tənzimləyən normaların əmələ gəlməsi və nəzərdə
Ümumi hüquq (ingilis-amerikan) hüquq sisteminə (ailəsinə) gəldikdə isə qeyd etmək lazımdır ki, bu sistem,
bir az əvvəldə göstərdiyimiz kimi, kontinental (roman-german) hüquq sistemində (ailəsində) müvcud olan qay-
dada formal cəhətdən hüququn xüsusi və ümumi hüquqa bölünməsini tanımır. Bildiyimiz kimi, müasir dövrdə
7
ümumi hüquq (ingilis-amerikan) hüquq sistemi ilə kontinental hüquq sistemi arasında yaxınlaşma prosesi gedir.
Bu yaxınlaşma prosesi ingilis-amerikan hüquq sistemində faktiki cəhətdən (formal cəhətdən yox) ümumi və xü-
susi hüququn fərqləndirilməsini şərtləndirir. Amma ingilis-amerikan ailəsindəki xüsusi hüququn daxili sistemi
kontinental hüquq ailəsi üzrə xüsusi hüququn daxili sisteminə uyğun gəlmir və üst-üstə düşmür. Belə ki, ingilis-
amerikan hüquq ailəsində xüsusi hüquq sahəsinə bir nezə müstəqil hissə daxildir: mülkiyyət hüququ; müqavilə
hüququ; müəlliflik hüququ; patent hüququ; kompaniya (şirkət) hüququ; zərərin əvəzinin ödənilməsi hüququ və s.
Bundan fərqli olaraq, kontinental hüquq ailəsində xüsusi hüquq sferasına əşya hüququ, öhdəlik hüququ və müstəs-
na hüquqlar kimi konstruksiyalar aid edilir.
Dostları ilə paylaş: