qoriyası baxımından dövlətin ərazisi ilə məhdudlaşır. Bu ərazidən kənarda həmin aktlar öz qüvvələrini itirir,
yəni müvafiq münasibətlərə tətbiq olunmur. Bu isə dövlətin suverenliyini və onun yurisdiksiyasını ifadə edir.
Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının (bələdiyyələrin) normativ xarakterli aktlarının müva-
fiq olaraq inzibati-ərazi vahidləri ərazisində hüquqi qüvvəsi vardır. Həmin aktlar Azərbaycan Respublikasının
bütün dövlət ərazisinə şamil edilmir. Məsələn, Bakı şəhər icra hakimiyyəti orqanının qəbul etdiyi aktların yalnız
Bakı şəhəri ərazisində qüvvəsi vardır. Onların Azərbaycan Respublikasının digər inzibati-ərazi vahidinin ərazi-
sində məcburi qüvvəsi yoxdur. Deməli, yerli dövlət orqanlarının normativ xarakterli aktları yalnız müvafiq ra-
yonun, şəhərin və s. ərazisində müvcud olan münasibətləri tənzimləmək üçün tətbiq edilə bilər.
Dostları ilə paylaş: |