Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə161/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   157   158   159   160   161   162   163   164   ...   1820
münasibətləri şüurlu-iradəvi mahiyyətə malik olan hadisədir.  

Bir qayda olaraq, tərəflərin iradəsi hüquq münasibətinin  yaranması və həyata keçirilməsi prosesinin bütün 

mərhələlərində təzahür edir. Məsələn, alqı-satqı, podrat, daşıma, kirayə, icarə, borc, kredit və digər müqavilələr 

ə

sasında yaranan hüquq münasibətlərində tərəflərin iradəsi prosesin bütün mərhələlərində ifadə olunur.  ctimai 



münasibətlərin hərəkətini ifadə edən bu cür hüquq münasibətləri mübahisəsiz olaraq həmişə iradəvi münasibət-

lərdir. Burada tərəflərin iradəsi hüquq münasibətinin yaranmasından bu münasibətin həyata keçirilməsi başa ça-

tanadək bütün mərhələlərdə ifadə olunur.  

Amma elə hüquq münasibətləri vardır ki, burada tərəflərin iradəsi prosesin hüquq münasibətinin yaranması 

kimi  mərhələsində  təzahür  etmir.  Bu  cür  münasibətlər  tərəflərin  iradəsindən  asılı  olmadan  əmələ  gəlir.  Iradə 

yalnız hüquq münasibətlərinin həyata keçirilməsi və icrası mərhələsində ifadə olunur. Belə ki, tərəflərin iradələ-

rindən asılı olmadan əmələ  gələn qarşılıqlı hüquq və vəzifələr onların iradələri əsasında həyata  keçirilir, icra 

edilir.  ctimai münasibətlərin qorunmasını və möhkəmləndirilməsini ifadə edən hüquq münasibətləri bu cür mü-

nasibətlərə misal ola bilər. Məsələn, vətəndaş minik avtomobilini sürərkən öz qonşusunun əmlakını zədələyə-

rək, onu yararsız hala salır və zərər vurur. Bununla delikt öhdəliyi, yəni zərər vurmaq nəticəsində hüquq müna-

sibəti  yaranır.  Bu  münasibətə  görə  vətəndaş  (zərərvuran)  qonşunun  (zərərçəkənin)  əmlakına  vurduüu  zərərin 

ə

vəzini ödəyir. Prosesin bu mərhələsində, yəni zərərin əvəzini ödəmək vəzifəsinin icrası mərhələsində artıq ira-



də ifadə olunur. Belə ki, vətəndaş (zərərvuran) öz vəzifəsini başa düşərək icra edir. Baxmayaraq ki, burada pro-

sesin bütün mərhələlərində tərəflərin iradəsi ifadə olunmur, bu cür münasibətləri iradəvi münasibətlər hesab et-

mək olar. 

Üçüncüsü, hüquq münasibətləri konkret şəxslər arasında müvcud olan ikitərəfli (qarşılıqlı) münasibət-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin