vaxtda və zamanda həm səlahiyyətli şəxs, həm də borclu şəxs sayılır. Məsələn, alqı-satqı hüquq münasibə-
tində satıcı səlahiyyətli şəxs hesab edilir. Ona görə ki, o, satdığı əşyanın pulunun ödəniləsini tələb etmək hüqu-
quna malikdir. Bununla bərabər, satıcı həm də borclu şəxs sayılır. ×ünki onun özərinə alqı-satqı müqaviləsində
nəzərdə tutulan əşyanı alıcıya vermək vəzifəsi düşür. Alıcı borclu şəxsdir. Ona görə ki, o, satın aldığı əşyanın
pulunu ödəmək vəzifəsini daşıyır. Alıcı həm də səlahiyyətli şəxsdir. ×ünki o, alqı-satqı müqaviləsində nəzərdə
tutulan əşyanın verilməsini satıcıdan tələb etmək hüququna malikdir. Deməli, satıcı eyni zamanda həm səlahiy-
yətli şəxs, həm də borclu şəxsdir. Alıcı da eyni vaxtda həm borclu, həm də səlahiyyətli şəxs hesab edilir. Bu
sözləri icarə, kirayə, daşıma, podrat, kredit, borc və digər hüquq münasibətlərində iştirak edən subyektlər barə-
də də demək olar. Əksər mülki hüquq münasibətlərində səlahiyyətli şəxs eyni zamanda borclu şəxsdir, borclu
şə
xs isə eyni vaxtda səlahiyyətli şəxsdir.
Mülki hüquq münasibətlərinin bəzi növlərində səlahiyyətli şəxs və borclu şəxs başqa adla əvəz oluna bilər.
Söhbət öhdəlik hüquq münasibətlərindən (məsələn, alqı-satqı, icarə, kirayə, daşıma, kredit, delikt və s. hüquq
münasibətlərindən) gedir. Bu münasibətlərdə səlahiyyətli şəxs kreditor (latınja creditor — borj verən), borclu
şə
xs isə debitor (latınja debitor — borcu olan) adlanır.
Mülki hüquq münasibətlərində çıxış edən səlahiyyətli şəxs borclu şəxsə qarşı durur. Onların biri olmadan di-
gəri bu münasibətlərdə subyekt kimi iştirak edə bilməz. Bir qayda olaraq, adətən, həm səlahiyyətli şəxs, həm də
borclu şəxs tərəfində bir subyekt çıxış edir, yəni hüquq münasibətində bir səlahiyyətli şəxsə qarşı bir borclu
şə
xs durur. Məsələn, bank müəssisəyə kredit verirsə, onda burada bir səlahiyyətli və bir borclu şəxs iştirak edir.
Elə mülki hüquq münasibətləri də vardır ki, bu münasibətlərdə həm səlahiyyətli şəxs tərəfində, həm də
Dostları ilə paylaş: |