Microsoft Word mulki huquq doc


ya-hüquqi iddiaların vasit



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə231/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   227   228   229   230   231   232   233   234   ...   1820
ya-hüquqi iddiaların vasitəsi və köməyi ilə müdafiə edilir. Söhbət vindikasiya, neqator və s. kimi iddialardan 

gedir. Həmin iddialar bilavasitə əşyaya yönəlir. Məsələn, vətəndaş öz qonşusunun əşyasını oüurlayır. Beləliklə, 

həmin əşya vətəndaşın qanunsuz sahibliyində olur. Əşyanın mülkiyyətçisi olan qonşu vindikasiya iddiası verə-

rək, onu vətəndaşın qanunsuz sahibliyindən geri tələb edir.  

Öhdəlik  hüquq  münasibətlərində  isə  səlahiyyətli  şəxsin  hüquqları  öhdəlik-hüquqi  iddiaların  vasitəsilə 

müdafiə olunur. Söhbət, hər şeydən əvvəl, zərərin əvəzinin ödənilməsi barədə iddiadan gedir. Məsələn, şəhər 

sakini öz mənzilini tələbəyə kirayəyə verir və bununla kirayə hüquq münasibəti yaranır. Kirayəçi tələbənin təq-

siri özündən mənzilin bir hissəsi yanır. Kirayəyə verən ona vurulmuş zərərin əvəzinin ödənilməsi barədə kira-

yəçi tələbəyə qarşı iddia verir. Tələbə həm bərpa üçün təmirə çəkilən xərcləri ödəyir (buna real zərər deyilir), 

həm də mənzilin təmiri müddəti üçün kirayə haqqını verir (buna əldən çıxmış fayda deyilir).  

Bəzən də elə olur ki, əşya hüquq münasibətlərində səlahiyyətli şəxsin hüququnu əşya-hüquqi iddianın kömə-

yi ilə müdafiə etmək mümkün olmur. Məsələn, yuxarıdakı misalda öz qonşusunun əşyasını oüurlayan vətəndaş-

da həmin əşya müəyyən edilmir (məsələn, o, əşyanı naməlum şəxsə satır və s.). Belə halda qonşu (səlahiyyətli 

şə

xs)  öz  pozulmuş  hüququnu  zərərin  əvəzinin  ödənilməsi  kimi  öhdəlik-hüquqi  iddianın  vasitəsi  ilə  müdafiə 



edir.  

Əş

ya və öhdəlik hüquq münasibətləri konsepsiyası XIX əsrin axırlarında-XX əsrin əvvəllərində alman sivi-



listika doktrinasında əsaslandırılmışdır. Bu konsepsiyanı bir çox fransız və inqilabaqədərki rus hüquqşünasları 

da dəstəkləmişlər. Həmin konsepsiyaya  görə, əşya hüquq münasibətləri insanın əşyaya olan münasibəti olub, 

onun əşya özərində sahibliyini hüquqi cəhətdən rəsmiləşdirir. Bu münasibətlərdə yalnız təkcə səlahiyyətli şəxs 

(əşya hüququnun daşıyıcısı) məlumdur. Öhdəlik hüquq münasibətləri ilə, heç olmazsa, iki subyekt arasında ya-

ranan münasibətlərdir.  

Əş

ya və öhdəlik hüquq münasibətləri konsepsiyasına qarşı öhdəlik hüquq münasibətləri konsepsiyası qoyul-



du. Bu konsepsiyaya görə, hüquq münasibətləri yalnız insanlar arasında yaranan münasibətlərdir. Hüquq ancaq 

bu və ya digər şəxs arasında müvcud ola bilər. Bütün hüquq münasibətləri öhdəlik hüquq münasibətləri ilə əha-

tə olunur. 

Öz mənbəyini Roma hüququndan götürən əşya və öhdəlik hüquq münasibətləri konsepsiyasını kontinental 

ölkələrin qanunvericiliyi nəzərə almışdır. Pandekt modeli özərində qurulan mülki məcəllələrdə (məsələn, Alma-

niya Mülki Qanunnaməsində, RF-in Mülki Məcəlləsində və s.) bu konsepsiya mühüm əhəmiyyət kəsb edir. Ins-

titusiya sisteminə əsaslanan mülki məcəllələrdə isə (məsələn, Fransa Mülki Məcəlləsində və s.) həmin konsep-

siyaya bir o qədər də xüsusi diqqət yetirilmir. Burada o, özünü aydın şəkildə büruzə vermir.  

Əş

ya və öhdəlik hüquq münasibətləri konsepsiyasını Azərbaycan Respublikasının yeni MM-i nəzərə almış-



dır. Bu məcəllədə əşya və öhdəlik münasibətlərini tənzimləyən çoxsaylı mülki hüquq normaları ifadə olunmuş-

dur.  



 

78 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin