quq şəxsi-azadlıq və fərdi-müstəqillik hüququdur.
Xüsusi hüquq, bir qayda olaraq, əsasən üz xüsusiyyətlə xarakterizə olunur. Həmin bu üz xüsusiyyət onu hü-
ququn digər sferasından — ümumi hüquqdan fərqləndirməyə imkan verir. Qeyd etdik ki, xüsusi hüquq ayrı-ayrı
şə
xslər (fərdlər) arasında yaranan əmlak münasibətlərini tənzimləyir. Bu münasibətlərdə iştirak edən subyektlə-
rin hüquqi statusu (vəziyyəti) xüsusi hüququn üz cür xüsusiyyətə malik olmasına dəlalət edir.
Xüsusi hüququn birinci xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqla tənzimlənən əmlak münasibətlərində işti-
rak edən subyektlər hüquq bərabərliyinə malikdirlər. Ümumi hüquq subordinasiya (tabezilik) sistemidir, ha-
kimiyyət və tabezilik sahəsidir. Xüsusi hüquqla tənzimlənən münasibətlərdə çıxış edən tərəflər isə hüquqi
cəhətdən bərabərdirlər. Onlar arasında hakimiyyət və tabezilik əlaqələri yoxdur. Bu cür əlaqələr ümumi hüquq
üçün xarakterikdir. Fransız hüquqşünası Vuaren yazır ki, ümumi hüquq fərdlə dövlət arasında münasibəti tənzim
edir. ßgər münasibətə girən tərəflər arasında hakimiyyət və tabezilik əlaqəsi olarsa, onda həmin münasibətin xüsu-
si hüquqla tənzimlənməsindən və onun xüsusi hüquq münasibəti olmasından söhbət gedə bilməz.
Xüsusi hüququn ikinci xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqla nizama salınan münasibətlərdə çıxış edən
Dostları ilə paylaş: |