Mülki-hüquqi faktlar (sivilistikada hüquqi faktlar) dedikdə, real gerçəkliyin elə halları başa düşülür
ki, mülki qanunvericilik bu halları mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişməsinin və ya
xitam olunmasının əsası kimi nəzərdə tutur. Başqa sözlə desək, mülki hüquqda faktlar mülki-hüquqi nəticə-
lərin baş verməsini, yəni mülki hüquq münasibətlərinin əmələ gəlməsini, dəyişməsini və ya xitam olunmasını
mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Hüquqi faktlar olmadan hər hansı bir mülki
hüquq münasibətinin əmələ gəlməsindən, dəyişməsindən və ya xitam olunmasından söhbət gedə bilməz. Bu cür
faktlar yoxdursa, mülki hüquq münasibətləri də müvcud deyil.
Mülki hüquqda faktlar sivilistika elminin ən başlıca və əsas məsələlərindən biridir. Bu məsələnin işıqlandı-
rılmasına xüsusi monoqrafiya əsəri həsr edilmişdir. Hüquq ədəbiyyatında həmin məsələnin öyrənilməsinə və
tədqiq olunmasına kifayət qədər diqqət yetirilir.
Mülki-hüquqi faktlar üç başlıca xüsusiyyətə malikdir. Bu xüsusiyyətlər hüquqi fakt məsələsinin əsl və həqiqi
mahiyyətini açmaüa imkan verir.
Mülki-hüquqi faktların birinci xüsusiyyəti ondan ibarətdir ki, onlar real gerçəkliyin faktlarıdır. Fəlsəfi
Dostları ilə paylaş: |