4. Mülki fəaliyyət qabiliyyətinin məzmunu və fiziki şəxsin
sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq qabiliyyəti
Sahibkarlıq münasibətləri sivil dünyanın qəbul etdiyi vətəndaş cəmiyyətinin ayrılmaz atributlarından biridir.
Yeni Mülki Məcəllə bu münasibətləri, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində yaranan mü-
nasibətləri mülki hüququn predmet tərkibinə daxil etmişdir. Bu, onun mühüm nailiyyətidir. MM-in 13-cü mad-
dəsi sahibkarlıüın (sahibkarlıq fəaliyyətinin) leqal anlayışını verir: sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surət-
də, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər
göstərilməsindən mənfəət əldə etməkdən ibarət olan fəaliyyətdir.
Konstitusiyanın 59-cu maddəsi azad sahibkarlıq hüququnu təsbit edir. Bu hüququn əsas daşıyıcılarından biri
fiziki şəxslərdir. Fiziki şəxslər sahibkarlıüın (sahibkarlıq fəaliyyətinin) başlıca subyektlərindən sayılır. Sahib-
Dostları ilə paylaş: |