ratdığı əqli mülkiyyət obyektlərindən istifadə hüquqlarını (müəlliflik hüquqlarını) öz qanuni nümayən-
dəsinin razılıüı olmadan müstəqil surətdə həyata keçirsin (MM-in 30-cu maddəsinin 2-ci bəndinin 2-ci ya-
rımbəndi). Həmin şəxs elm, ədəbiyyat və incəsənət əsərləri (yəni, müəlliflik hüququnun obyektlərini), ixtira,
faydalı model və sənaye nümunələri (yəni, patent hüququnun obyektlərini) və qanunla qorunan digər əqli mül-
kiyyət obyektləri (yaradıcılıq fəaliyyətinin nəticələri) yarada bilər. Onun əsərdən hər hansı formada və üsulla is-
tifadə etməyə müstəsna hüququ vardır. Bu hüququ (məsələn, əsərin surətini çıxarmaq, onun nüsxələrini hər
hansı üsulla yaymaq, satmaq, kirayəyə vermək və digər hüquqları) o, müstəqil surətdə həyata keçirir. Bunun
üçün o, müxtəlif məzmunlu müəlliflik müqavilələri bağlayır. Mülki yetkinlik yaşına çatmayan şəxsin sənaye
mülkiyyəti obyektindən (patent hüququnun obyektindən), yəni ixtiralardan, faydalı modellərdən və sənaye nü-
munələrindən də istifadə üçün müstəsna hüququ vardır. Sənaye mülkiyyəti obyektlərinə olan müəllifliyi təsdiq
etmək və bu obyektlərdən istifadə üçün müstəsna hüquq qazanmaq (əldə etmək) məqsədilə o, patent (rəsmi
dövlət sənədi) ala bilər. Patent sahibi kimi yetkinlik yaşına çatmayan şəxs sənaye mülkiyyəti obyektindən istifa-
də hüququnun verilməsinə dair lisenziya müqaviləsi bağlaya bilər, özünün patent hüquqlarını özgəninkiləşdirə
(sata, dəyişdirə, bağışlaya və s.) bilər. Bir sözlə, o, qanunla qorunan əqli mülkiyyət obyektlərindən istifadə hü-
ququnu müstəqil surətdə həyata keçirir.
14 yaşından 18 yaşınadək olan mülki yetkinlik yaşına çatmayan şəxs, üçüncüsü, öz qanuni nümayəndəsinin
razılıüı olmadan öz pul gəlirlərini müstəqil surətdə kredit idarələrinə əmanətlər qoymaq və onlar barəsin-
Dostları ilə paylaş: |