vəzinə əqdləri qanuni nümayəndələr bağlayırlar. Özü də qanuni nümayəndə əqd bağlayarkən yetkinlik ya-
ş
ına çatmayan şəxsin adından çıxış edir (MM-in 29-cu maddəsinin 1-ci bəndi). Məsələn, faciəli surətdə öz vali-
deynlərini itirmiş 13 yaşlı uşaq onlardan miras qalmış bağ evini, minik avtomobilini, qaraæı və digər əmlak
növlərini müstəqil surətdə sata bilməz. Həmin uşaüın əvəzinə, onun adından alqı-satqı müqaviləsini yalnız qa-
nuni nümayəndə — qəyyum bağlaya bilər. Başqa bir misalda həmin uşaq yaşayış evini müstəqil surətdə kirayə-
yə verə bilməz. Onun əvəzinə yalnız qəyyum kirayə müqaviləsi bağlaya bilər.
Bununla belə, 7 yaşdan 14 yaşınadək uşaqların əqli-psixi yetkinlik dərəcəsi, iradə və xarakteri az da olsa,
müəyyən dərəcədə inkişaf etmişdir. Onlar hüquqi əhəmiyyətli məsələləri dərk etmək, başa düşmək, qiymətlən-
dirmək və qavramaq qabiliyyətindən heç də tamamilə və mütləq dərəcədə məhrum olmamışlar. Bunu nəzərə
alaraq, mülki qanunvericilik bu kateqoriya şəxslərin bəzi əqdləri öz qanuni nümayəndələrinin razılıüını alma-
dan müstəqil surətdə bağlamaq qabiliyyətini möhkəmləndirir (MM-in 29-cu maddəsinin 2-ci bəndi). Odur ki,
Dostları ilə paylaş: |