Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə434/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   430   431   432   433   434   435   436   437   ...   1820
Mirasın açıldığı yer miras qoyan (ölmüş) fiziki şəxsin yaşayış yeri ilə müəyyən edilir (MM-in 1147-ci mad-

dəsinin 1-ci bəndi). Mirasın açıldığı yerin təyin edilməsi vacib praktiki əhəmiyyətə malikdir. Məhz bu yerə görə 

vərəsəliyə çaüırılan şəxslərin dairəsi müəyyən edilir, miras qəbul və ya ondan imtina olunur, habelə vərəsəlik 

hüquqlarının rəsmiləşdirilməsi üçün digər hərəkətlər həyata keçirilir. Məsələn, mirasın açıldığı yeri müəyyən et-

məklə vərəsəlik şəhadətnaməsi almaq üçün hansı notariat kontoruna müraciət olunması dəqiqləşdirilir.  

Fiziki şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi məhz onun yaşayış yeri ilə bağlıdır. Növbəti 

paraqraf bu məsələnin işıqlandırılmasına həsr edilmişdir.  

Yaşayış yerinin hüquqi əhəmiyyəti həm də mülki-prosessual hüquq sahəsində təzahür edir. Belə ki, mülki 

işlər özrə məhkəmə aidiyyətinin təyin edilməsi fiziki şəxsin yaşayış yeri ilə bağlıdır. Bu məsələdə onun mühüm 

ə

həmiyyəti vardır.  



Hüquqtətbiqetmə praktikasında belə bir qayda mühüm rol oynayır: fiziki şəxsin həmişə öz yaşayış yerində 

olması güman və ehtimal edilir, yəni şəxsin öz yaşayış yerində olması prezumpsiyası müəyyənləşdirilir. Bu-

na görə də həmin yerə (şəxsin müəyyən müddət burada olmamasına baxmayaraq) rəsmi çaüırış vərəqələri, məh-

kəmə bildirişləri və s. göndərilir.  

Beləliklə, bir sıra mülki-hüquqi hərəkətlər fiziki şəxslərin yaşayış yerində həyata keçirilir. Yaşayış yeri hü-

quqi əhəmiyyətə və rola malik olan anlayışdır.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   430   431   432   433   434   435   436   437   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin