kimi, onun faktiki ölümü (fizioloæi və bioloæi ölümü) ilə də bir dəfə xitam olunur. Yapon sivilistika dokt-
rinası da analocimüvqedə dayanaraq göstərir ki, yalnız faktiki ülüm hüquq qabiliyyətinin xitam edilməsinə sə-
bəb ola bilər.
Fiziki şəxsin ölmüş elan edilməsi aktının doüurduüu hüquqi nəticələrdən biri vərəsəlik hüquq münasibəti-
nin yaranmasıdır. Belə ki, fiziki şəxsin məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə miras açılır (MM-in
1145-ci maddəsi). Mirasın açılması isə vərəsəlik hüquq münasibətinin əmələ gəlməsi deməkdir. Bu andan öl-
müş elan edilmiş şəxsin vərəsələri vərəsəliyə çaüırılırlar. Onlar miras əmlakı (ölmüş elan edilmiş şəxsin yaşayış
evini, minik avtomobilini, bankdakı pul vəsaitini, qiymətli kaüızları və s.) qəbul etmək hüququ əldə edirlər. Be-
ləliklə, fiziki şəxsin ölmüş elan edilməsi aktı fiziki şəxsin bütün hüquq və vəzifələrinin onun vərəsələrinə keç-
məsinə səbəb olur.
Fiziki şəxsin ölmüş elan edilməsinin doüurduüu hüquqi nəticələrdən biri şəxsi xarakter daşıyan öhdəlik
Dostları ilə paylaş: |