3. Mülki qanunvericiliyin anlayışı və xüsusiyyətləri
Azərbaycan Respublikasının mülki hüququnun əsas və başlıca mənbə növü normativ hüquqi aktlardır. Bu,
roman-german hüquq ailəsi ənənələrinə uyüundur. Normativ hüquqi aktlar (enacted law) bu ailə ölkələrində hü-
ququn ilkin və birinci dərəcəli mənbə növü hesab edilir. Qərb hüquq ədəbiyyatında çox vaxt onları yazılı aktlar
və ya formal aktlar və yaxud sözün geniş mənasında qanunlar (qanunvericilik orqanı tərəfindən qəbul edilən
qanunlar, reqlament aktları, ordonanslar, hökumət dekretləri, prezident dekretləri və s.), yazılı hüquq (dövlətin
qanunvericilik aktlarında formulə edilən hüquq qaydaları və normaları) adlandırırlar.
Normativ hüquqi aktlar ingilis-amerikan hüquq ailəsi ölkələrində də geniş surətdə inkişaf edir. Bu ölkələrdə
presedentlərdən sonra əsas yeri qanunlar və digər normativ aktlar tutur. Onların məcmusuna «Statute law», yəni
statut hüququ (latınca statuo - qərara alıram) deyilir. Normativ aktlar Roma hüququnda hüququn mənbəyi hesab
olunurdu. Yustinianın institusiyalarında o, yazılı hüquq (ius scriptum) adı altında nəzərdə tutulmuşdu.
Azərbaycan Respublikasının mülki hüququnun mənbə növü rolunda çıxış edən normativ hüquqi aktlar mülki
qanunvericilik kateqoriyası ilə əhatə olunur. Mülki qanunvericilik dedikdə, səlahiyyətli dövlət orqanı tərə-
Dostları ilə paylaş: |