xırdalanması, kizilməsi formasıdır.
Hüquqi şəxsin zevrilməsi yenidən təşkil olunmanın elə bir formasıdır ki, bunun nəticəsində müəyyən növ
hüquqi şəxsin müvcudluğuna xitam verilir və onun bazası əsasında yeni növ hüquqi şəxs (hüquqi varis) əmələ
gəlir. Qanunvericiliyə görə, zevrilmə dedikdə, hüquqi şəxsin öz təşkilati-hüquqi formasını dəyişməsi başa düşü-
lür. Amma bunu uğurlu anlayış hesab etmək olmaz. Qanunvericinin işlətdiyi «bir növdən olan hüquqi şəxsin di-
gər növdən olan hüquqi şəxsə zevrilməsi» anlayışı «hüquqi şəxsin öz təşkilati-hüquqi formasını dəyişməsi» an-
layışına nisbətən daha əhatəli, daha geniş və daha uğurlu anlayışdır. «Hüquqi şəxsin öz təşkilati-hüquqi forma-
sını dəyişməsi» anlayışı isə məhdud anlayışdır. Zevrilmə zamanı yenidən təşkil olunmuş hüquqi şəxsin hüquq
və vəzifələri yeni yaranmış hüquqi şəxsə keçir (MM-in 56-jı maddəsinin 5-ci bəndi). Bu halda hüquqi şəxsin
özü, onun iştirakzıları və əmlakı kəmiyyət və say baxımından dəyişməz qala bilər. Amma bir sıra məsələlər də-
yişir: müvafiq növdən olan hüquqi şəxsi xarakterizə edən müəyyən əlamət və jəhətlər; onun təyinatı; onun ma-
lik olduğu əmlakın hüquqi recimi; onun fəaliyyətində əmələ gələn bu və ya digər məsələnin həll olunma metod-
ları; təsis sənədlərinə aid olan tələblərin həjmi; nizamnamə kapitalının həjmi; məsuliyyətin həjmi. Məsələn, is-
tehsal kooperativi səhmdar cəmiyyətinə zevrilir. Başqa bir misalda tam şərikli müəssisə (tam ortaqlıq) məhdud
məsuliyyətli cəmiyyətə zevrilir. Digər bir misalda istehsal kooperativi tam şərikli müəssisəyə (tam ortaqlığa)
zevrilir.
Hüquqi şəxsin yenidən təşkili iki qaydada həyata keçirilə bilər: künüllü qaydada; məcburi qaydada.
Dostları ilə paylaş: |