5. Hüquqi şəxsin ləğvi
Hüquqi şəxsin ləğvi hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin mümkün olan iki üsulundan (yolundan)
biridir. Bu üsul hüquqi şəxsin xitamının yenidən təşkil etmə üsulundan, əsasən, iki xüsusiyyəti ilə fərqlənir.
Birinci fərq ondan ibarətdir ki, yenidən təşkil etmə üsulu hüquqi şəxsin nisbi xitamına səbəb olur. Ləğvetmə
üsulu isə hüquqi şəxsin mütləq xitamına gətirib zıxarır.
kinci fərq ondan ibarətdir ki, hüquqi şəxsin yenidən təşkil edilməsi həmişə hüquq varisliyi məsələsinin ya-
ranmasına səbəb olur. Hüquqi şəxsin ləğvi isə hüquqi varislik məsələsinin əmələ gəlməsinə dəlalət etmir.
Belə ki, bu zaman ləğv edilmiş hüquqi şəxsin əmlakı (hüquq və vəzifələri) hüquqi varislik qaydasında başqa
şə
xslərə, yəni hüquq varislərinə kezmir. Hüquqi şəxsin ləğvi nəticəsində hüququn subyekti kimi onun müvcud-
luğuna və fəaliyyətinə mütləq və qəti olaraq xitam verilir.
Dostları ilə paylaş: |