mtiyazlı (təminatlı) kreditorlar odur ki, onların tələbləri ardıjıl surətdə, yəni bir-birinin ardınja dürd növ-
bədə ödənilir. Bu kateqoriya kreditorlar dürd qrupa bülünür. Əvvəljə birinci növbədə birinci qrup, sonra isə
növbə ilə ikinci, üçüncü və dürdüncü qrup kreditorların tələbləri təmin edilir. Başqa sözlə desək, hər bir növbə-
nin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir.
Birinci növbədə əsas ühdəliyi icra etmək məqsədi ilə hüquqi şəxsin əmlakını girov saxlayan (ipoteka saxla-
yan) kreditorların tələbləri ödənilir. Məsələn, hüquqi şəxs statuslu müəssisə bankdan kredit alır. Onlar arasında
kredit ühdəliyi (hüquq münasibəti) yaranır. Bu, əsas ühdəlikdir. Müəssisə bankdan kredit alarkən öz (nəqliyyat
vasitələrini) girov qoyur və onlar arasında girov ühdəliyi (hüquq münasibəti) əmələ gəlir. Bu ühdəlik əsas ühdə-
liyin — kredit ühdəliyinin icrasını, yəni kreditin qaytarılmasını təmin edir. Əgər həmin müəssisə ləğv edilərsə,
onda birinci növbədə onun əmlakını (nəqliyyat vasitələrini) girov saxlayan kreditorun — bankın pul tələbi ödə-
nilir, yəni kredit məbləği banka qaytarılır. Deməli, birinci növbədə birinci qrup şəxslərin pul tələbləri ödənilir.
Dostları ilə paylaş: |