Bəzən görürsən ki, ləğvetmə komissiyası kreditorun tələblərini ödəməkdən imtina edir və ya onlara baxmaq-
dan boyun qazırır. Bu cür hallarda mülki qanunvericilik həmin kreditora hüquq verir ki, o, ləğvetmə komissiya-
sına qarşı iddia ilə məhkəməyə müraciət etsin. Bu hüquqdan o, yalnız hüquqi şəxsin ləğvetmə balansı qəti for-
mada təsdiq olunana kimi istifadə edə bilər. Qəti balans təsdiq edildikdən sonra o, şübhəsiz ki, məhkəməyə id-
177
Elə hallar olur ki, ləğvetmə komissiyasının kreditorların tələblər irəli sürmələri özün müəyyənləşdirdiyi iki
aylıq müddət başa çatır. Bundan sonra bəzi kreditorlar tələblər irəli sürürlər. Bu cür tələblər ödənilə və təmin
edilə bilər. Belə ki, iki aylıq müddət ərzində, yəni vaxtında tələb irəli sürən kreditorların tələbləri əvvəljə, yuxa-
rıda göstərdiyimiz növbəlik qaydasında ödənilir. Bu tələblər ödənildikdən sonra ləğvetmə komissiyası hüquqi
şə
xsin qalan əmlakı hesabına vaxtında öz pretenziyalarını bildirməyən kreditorların tələblərini təmin edir (MM-
in 62-ci maddəsinin 4-cü bəndi).
Bəzi hallarda ləğvetmə komissiyası kreditorların tələblərini qəbul etmir. Onlar isə iddia ilə məhkəməyə
müraciət etmirlər. Belə halda kreditorların tələbləri ödənilmiş sayılır. Əgər kreditorlar iddia ilə məhkəməyə
müraciət edərlərsə və məhkəmə kreditorların tələblərini ödəməkdən imtina etmək barədə qərar zıxararsa, onda
bu hal da onların tələblərinin ödənilmiş sayılmasına dəlalət edir (MM-in 62-ci maddəsinin 5-ci bəndi).
Dostları ilə paylaş: