7. Hüquqi şəxsin müflis olma nəticəsində ləğv edilməsi
Mülki qanunvericilik müflis olmanı (müflisləşməni) hüquqi şəxsin ləğv edilməsinin xüsusi əsaslarından biri
kimi nəzərdə tutur (MM-in 59-cu maddəsinin 4-cü, 5-ci bəndləri, 63-cü maddəsi). Müflisləşmə Azərbaycan
Respublikasının mülki qanunvericiliyi özün yeni və «javan» konstruksiyadır. Bizim ölkə qanunvericiliyinə
görə, müflisləşmə dedikdə, borclunun (sahibkar statuslu fiziki şəxsin və borclu müəssisənin) öz ühdəliklərini
ödəmə qabiliyyətinin olmaması başa düşülür. Deməli, müflisləşmə ödəmə qabiliyyətsizliyi deməkdir. Bu isə
onu göstərir ki, «müflisləşmə» və «ödəmə qabiliyyətsizliyi» kimi iki anlayış arasında elə də prinsipial fərqlər
yoxdur.
Ödəmə qabiliyyətsizliyi hüquq institutu artıq xeyli müddətdir ki, bir sıra xarici dövlətlərin qanunvericiliyinə
kifayət qədər məlumdur. Hələ 1877-ci ildə Almaniyada flas Nizamnaməsi qəbul edilmişdi. Qeyd etmək lazım-
dır ki, XVI-XVII əsrlərdə ödəmə qabiliyyətsizliyi ağır cinayət hesab olunurdu. Ödəmə qabiliyyəti olmayan
borclu cəzalandırılırdı. O, tamamilə bütün əmlakını, işgözar nüfuzunu, bəzi hallarda isə azadlığını da itirirdi.
Borclu bundan sonra bir daha ticarət fəaliyyətini yenidən janlandırmaq imkanına malik olmurdu.
Müasir dövrdə təcrübədə eyni bir hadisəni ifadə etmək özün «ödəmə qabiliyyətsizliyi» və «müflisləşmə» ki-
mi iki anlayışdan istifadə olunur. Bu cür tendensiya ingilis dilli ölkələrin qanunvericiliyinin və məhkəmə prak-
tikasının təsiri altında yaranmışdır. Göstərilən anlayışlar həmin ölkələrdə sinonim (eynimənalı) anlayışlar kimi
işlədilir.
Bəzi xarici dövlətlərin qanunvericiliyi «ödəmə qabiliyyətsizliyi» və «müflisləşmə» kimi anlayışları fərqlən-
dirir. Belə ki, «müflisləşmə» anlayışı «ödəmə qabiliyyətsizliyi»nin xüsusi halı kimi məhdud mənada işlədilir.
Müflisləşmə dedikdə, borclunun təqsirli hərəkətləri ilə türədilən və cinayət cəzası ilə cəzalandırılan elə bir əməl
başa düşülür ki, bunun nəticəsində kreditorlara zərər vurulur, ziyan dəyir. Başqa sözlə desək, müflisləşmə ödə-
mə qabiliyyətsizliyinin cinayət-hüquqi aspektidir. Bir sıra ölkələrdə müflisləşmə cinayət qanunvericiliyinə daxil
edilmişdir.
«Ödəmə qabiliyyətsizliyi» və «müflisləşmə» kimi iki anlayışı təxmini olaraq analociqaydada inqilabaqədərki
178
rus hüququ da fərqləndirirdi. Ödəmə qabiliyyətsizliyi dedikdə, kreditorların tələblərini ödəmək özün borclunun
ə
mlakının çatışmaması və kifayət etməməsi başa düşülürdü. Müflisləşmə isə ödəmə qabiliyyəti olmayan borc-
lunun öz əmlakını azaltmaq və ya gizlətmək yolu ilə kreditorlara zərər vurmasını ifadə edirdi. Başqa sözlə de-
sək, müflisləşmə ödəmə qabiliyyətsizliyi kimi mülki məsələnin cinayət tərəfi hesab edilirdi.
Müflisləşmə ilə bağlı münasibətlər Azərbaycan Respublikasının 23 iyun 1997-ci il tarixində qüvvəyə minən
«Müflisləşmə və iflas haqqında» qanunla tənzimlənir. Bu qanunda hüquqi şəxsin müflisləşmə nəticəsində ləğv
edilmə prosedurunun xüsusiyyətləri müəyyənləşdirilir.
Dostları ilə paylaş: |