flas prosesi hüquqi şəxsin ödəmə qabiliyyətsizliyi kimi mülki münasibəti tənzim edən xüsusi institutdur.
Ona iflas icraatı da deyilir.
flas prosesini dayandırmaq, borcu olan hüquqi şəxsin müflis olma nəticəsində ləğv edilməsinin qarşısını al-
maq məqsədilə qanun müəyyən tədbirlər nəzərdə tutur. Bunlara yenidən təşkil etmə və ya müflis elan etmə-
nin qarşısını alma tədbirləri deyilir. Axı, müflisləşmə institutu təkcəhüquqi şəxsin ləğvinə yünəlmir. Əsas və
başlıca məsələlərdən biri ləğv edilən bazar təsərrüfatı subyektlərini saxlamaqdan, iqtisadi (əmlak) dövriyyədə
onların öz fəaliyyətlərini davam etdirmələrinə imkan yaratmaqdan ibarətdir. Belə ki, bu subyektlər, hər şeydən
ə
vvəl, ictimai tələbatı və ehtiyacı ödəmək məqsədilə əmtəə (mal) istehsal edən, xidmət göstərən və ya iş görən
müəssisələrdir. Həmin subyektlər həm də işəgütürən (işverən) rolunda neçə-neçə işçiilə əmək müqaviləsi (kont-
raktı) bağlayan tərəfdir. Belə ki, əmək müqaviləsi əmək bazarında qarşı-qarşıya durmuş iki başlıca tərəf — işə-
gütürənlə işçiarasında bağlanır. şəgütürən müəssisənin ləğv edilməsi işzilərlə bağlanmış əmək müqaviləsinin
pozulmasına və bununla da işsizlik halının yaranmasına səbəb olur. Məlum məsələdir ki, müəssisənin ləğv edil-
məsi işzilərə sərfəli deyil və onların mənafeyi ilə ziddiyyət təşkil edir.
Müəssisənin ləğvi, digər tərəfdən, kreditorların mənafeyinə uyğun gəlmir. Belə ki, onlar müəssisənin ləğv
olunmasında yox, öz tələblərinin tam təmin edilməsində və ödənilməsində, bu səbəbdən də müəssisənin öz fəa-
liyyətini davam etdirməsində maraqlıdırlar. Bax, bunlara görə bütün dünya ölkələrinin, o cümlədən bizim ölkə-
nin mülki qanunvericiliyi borclu (borcu olan) hüquqi şəxsə öz pozulmuş maliyyə vəziyyətini dözəltməyə və
bərpa etməyə, ayağa durub yenidən təsərrüfat fəaliyyəti ilə məşğul olmağa imkan verən tədbirlər müəyyənləşdi-
rir. Bu tədbirlər elə hüquqi vasitələrdir ki, onlar iflas prosesinin və müflis olmanın qarşısını alır.
Dostları ilə paylaş: |