Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə60/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   56   57   58   59   60   61   62   63   ...   1820
və başlıca vəzifəsi (funksiyası) isə bazar təsərrüfatı şəraitində ölkə ərazisində mülki hüquq subyektlərinin əm-

lak  və  şəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləməkdən  (tənzimləyici  funksiya),  onların  hüquq  və  qanuni 

mənafelərini müdafiə etməkdən, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgözar nüfuzunu qorumaqdan (qoruyucu 

funksiya) ibarətdir. O, demək olar ki, mülki hüququn predmetinə daxil olan bütün münasibətlərin tənzimlənmə-

sinə yönələn nisbətən vacib və prinsipial əhəmiyyətli müddəaları təsbit edir.  

Mülki Məcəllənin əsas vəzifələrindən biri sahibkarlıq fəaliyyətini dəstəkləməkdəibarətdir. Burada sahib-

karlıq fəaliyyətinə anlayış verilir, bu sahədə münasibətlərin tənzimlənməsinə həsr olunan bir sıra normalar ifadə 

edilir. O, azad sahibkarlıq fəaliyyətinin inkişafını təmin etmək məqsədi güdür.  

Qeyd etdik ki, MM mülki qanunvericilik sistemində mərkəzi və xüsusi yer tutur. O, mülki qanunvericiliyin 

özək, təməl və bünövrə aktıdır. Ona görə ki, burada əmlak (mülki) dövriyyəsi üçün normativ bazanın əsası qo-

yulmuşdur. MM Konstitusiya qanunları istisna olmaqla, bütün digər qanunlara (yəni adi, cari qanunlara) müna-

sibətdə «bərabərlər arasında birinci» yer tutur. Bu, o deməkdir ki, məjəllə mülki qanunlar arasında ən yüksək 

hüquqi qüvvəyə malikdir. Özündə mülki hüquq normaları ifadə edən bütün qanunlar, o cümlədən mülki yönüm-

lü qanunlar (mülki qanunlar) MM-ə uyüun gəlməli və ona zidd olmamalıdır. Əgər MM-də və mülki qanunlarda 

ifadə olunan normalar arasında ziddiyyət (kolliziya) yaranarsa, onda hüquqtətbiqetmə orqanı MM normalarına 

üstünlük verir, yəni müvafiq hüquqi məsələni həll etmək üçün bu normalardan istifadə edir. 

Yeni Mülki Məcəllə özünün daxili strukturuna malikdir. Onun strukturu müəyyən dərəcədə mülki hüququn 

obyektiv  olaraq  müvcud  olan  sisteminə  əsaslanır.  Bununla  belə,  mülki  hüququn  sistemi  ilə  MM-in  sistemi 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin