(strukturu) üst-üstə düşmür. ×ox vaxt MM-in sistemi eyni zamanda mülki hüququn sistemi kimi nəzərdə tu-
tulur. Lakin onları bir-biri ilə qarışdırmaq olmaz. Həmin anlayışlar üst-üstə düşmür. Mülki hüququn sistemi
obyektiv xarakter daşıyır. Mülki Məcəllənin sistemi isə qanunvericinin (hüquqyaratma orqanının) iradə-
si və mülahizələrinə əsaslanır. Burada subyektiv amil başlıca rol oynayır. Mülki hüququn sistemi, ikinci, Mül-
ki Məcəllənin sisteminə nisbətən daha əhatəlidir. Məsələn, əqli mülkiyyət hüququ yarımsahə kimi mülki hüqu-
qun sisteminə daxildir. MM-in sistemində isə əqli mülkiyyət hüququ nəzərdə tutulmur. Ümumiyyətlə, MM-in
sistemi mülki hüququn bəzi institutları barədə müddəaları əhatə etmir.
Bəzi hüquq sistemlərində Mülki Məcəllə yoxdur. Məsələn, Ingiltərədə yazılı hüquq olsa da, burada Mülki
Məcəllə müvcud deyil. Lakin bu, o demək deyildir ki, mülki hüququn sistemi də yoxdur.
Dostları ilə paylaş: |