quqi məsuliyyət daşımaqdan ibarətdir. Iştirakçı tam ortaqlıüın öhdəlikləri (borcları) özrə ona məxsus olan
özünün bütün şəxsi əmlakı ilə cavabdehdir. Bu nə deməkdir? Bildiyimiz kimi, kreditorlara ortaqlıüın borcları
(öhdəlikləri) yarana bilər (məsələn, tam ortaqlıq bankdan kredit ala bilər və ya fəaliyyət göstərmək üçün alqı-
satqı müqaviləsi əsasında başqa təşkilatdan nisyə mal ala bilər və s.). Bu borcların ödənilməsi, bir qayda olaraq,
tam ortaqlıüın şərikli kapitalı ilə təmin edilir. Şərikli kapital tam ortaqlıüın fəaliyyəti üçün əmlak (maddi) bazası
olmaqdan savayı, həm də kreditorlara olan borcların ödənilməsi üçün təminat rolunu oynayır.
Borcunu almaq üçün kreditorlar əvvəlcə hüquqi şəxs kimi tam ortaqlıüa tələb irəli sürürlər. Bəzi hallarda
kreditorlara olan borcların ödənilməsi barədə bu cür tələbləri təmin etmək üçün tam ortaqlıüın nizamnamə kapi-
talı, ümumiyyətlə, əmlakı kifayət etmir və çatışmır. Belə halda, şübhəsiz ki, kreditorların tələblərini ödəmək
mümkün deyil. Onda kreditorlar tam ortaqlıq iştirakçılarına (tam ortaqlara) tələblər irəli sürür. Iştirakçılar özlə-
rinin şəxsi əmlakı hesabına bu tələbləri təmin edir. Mülki hüquqda mülki-hüquqi məsuliyyətin bu növünə sub-
Dostları ilə paylaş: |