tün iştirakçıların hamısına birgə, ya da ki istənilən iştirakçıdan hər birinə ayrılıqda tələb irəli sürə bilər.
Özü də kreditorun borcun həm tam, həm də hissə-hissə ödənilməsini tələb etmək hüququ vardır. Sivilistikada
mülki-hüquqi məsuliyyətin bu növünə birgə və ya solidar məsuliyyət deyilir (latınca «solidius» — tam, bütöv)
Deməli, tam ortaqlıq iştirakçılarının onun öhdəlikləri özrə məsuliyyəti həm də birgə (solidar) məsuliyyətdir. Bu
da tam ortaqlıüın əsas fərqləndirici xüsusiyyətlərindən biridir. Fikrimizi yekunlaşdıraraq qeyd edə bilərik ki,
tam ortaqlıq iştirakçıları onun öhdəlikləri (borcları) özrə birgə subsidiar məsuliyyət daşıyırlar (MM-in 75-ci
maddəsinin 1-ci bəndi). Bu cür məsuliyyət (qeyri-məhdud şəxsi məsuliyyət) iştirakçılardan birinin hərəkətinə
görə (məsələn, əqd bağlamasına görə və s.) digər iştirakçının cavab verməsini, özü də bütün şəxsi əmlakı ilə
cavab verməsini nəzərdə tutur. Buna görə də tam ortaqlıq iştirakçıları arasında qarşılıqlı münasibətlər şəxsi eti-
mada əsaslanan əlaqələrdir.
Elə hallar olur ki, müvafiq şəxs tam ortaqlıüın təsis edilməsində iştirak etmir, yəni tam ortaqlıüın təsisçisi ol-
mur. Tam ortaqlıq təsis edildikdən sonra, yəni dövlət qeydiyyatına alındıqdan xeyli müddət keçdikdən sonra bu
şə
xs həmin ortaqlıüa daxil ola bilər. Şübhəsiz ki, bu müddətə kimi tam ortaqlıq mülki hüquq münasibətlərinə
(məsələn, kredit, borc, nisyə alqı-satqı və digər münasibətlərə) girir və bu münasibətlərdən öhdəliklər (borclar)
yaranır. Tam ortaqlıüa daxil olmuş yeni iştirakçı bu cür öhdəliklərə, yəni ortaqlıüa daxil olmamışdan əvvəl ya-
ranmış öhdəliklərə görə məsuliyyət daşıyırmı? Bu suala cavab verərək mülki qanunvericilik göstərir ki, yeni iş-
tirakçı bu cür öhdəliklər özrə digər iştirakçılarla bərabər məsuliyyət daşıyır (MM-in 75-ci maddəsinin 2-ci
bəndi). Yeni iştirakçının məsuliyyəti tam ortaqlıq təsis edildiyi andan əmələ gələn bütün öhdəliklərə şamil edi-
lir.
Bəzən iştirakçı tam ortaqlıüın tərkibindən çıxır. Belə hal iştirakçının birgə məsuliyyət daşımasına dərhal xi-
tam verilməsinə səbəb olmur. Başqa sözlə desək, iştirakçının tam ortaqlıüın tərkibindən çıxması ilə o, dərhal
mülki-hüquqi məsuliyyətdən azad olunmur. Əgər belə olsaydı, onda bu hal kreditorların hüquqlarına xələl gəti-
rərdi. Buna görə də mülki qanunvericiliyin müəyyən etdiyi qaydaya görə, ortaqlıqdan çıxmış iştirakçı, çıxma
anınadək ortaqlıüın əmələ gəlmiş bütün öhdəlikləri özrə yerdə qalan digər iştirakçılarla bərabər məsuliyyət da-
ş
ıyır (MM-in 75-ci maddəsinin 3-cü bəndi). Özü də dərhal qeyd etməliyik ki, ortaqlıqdan çıxan iştirakçı ortaqlı-
üın bütün fəaliyyət müddəti ərzində yox, yalnız iki il ərzində həmin öhdəliklər özrə cavabdehdir. Bəs iki il
müddəti nə vaxtdan hesablanır? Onun axını hansı müddətdən başlayır? Bildiyimiz kimi, hər il tam ortaqlıüın fə-
aliyyəti barəsində hesabat təsdiq olunur. Hesabat, söz yox ki, iştirakçının ortaqlıqdan çıxdığı il üçün də təsdiqlə-
nir. Iki il müddəti də məhz bu təsdiqetmə günündən hesablanır və başlayır.
Göstərilən bu qaydanın əmtəə dövriyyəsinin sabitliyi və möhkəmliyi üçün mühüm əhəmiyyəti vardır. Kredi-
tor tam ortaqlıq ilə mülki hüquq münasibətinə (məsələn, kredit münasibətinə və s.) girərkən hesablayır və nə-
194
zərdə tutur ki, tam ortaqlıüın tərkibi (iştirakzıları) müəyyən müddət üçün mövcuddur və buna uyüun olaraq
onun tələblərinin təmin olunması üçün real imkan vardır.
Tam ortaqlıq iştirakçılarının onun öhdəlikləri özrə məsuliyyəti barədə normalar imperativ xarakter daşıyır.
Bu normalar iştirakçıların razılıüı ilə dəyişdirilə və ya xitam oluna bilməz. Əgər onlar bu barədə razılıüa gələ-
rək saziş bağlasalar, onda həmin sazişin hüquqi qüvvəsi olmayacaqdır. O, hüquqi əhəmiyyət kəsb etməyəcəkdir
(MM-in 75-ci maddəsinin 4-cü bəndi).
Məhz birgə subsidiar məsuliyyətə görə tam ortaqlıq iştirakçıları tam ortaqlıüın əsl və həqiqi adını gös-
Dostları ilə paylaş: |