Üçüncüsü, plenum qərarlarının əksəriyyətində qüvvədə olan qanunvericilik təfsir olunur, yəni qanunveri-
ciliyin mənası aydınlaşdırılır və izah edilir. Bu qərarlar öz hüquqi təbiətinə görə təfsir aktlarıdır. Onlar hüquqi
aktların bir növüdür. Təfsir aktları hüquqi əhəmiyyəti olan elə bir rəsmi sənəddir ki, o, hüquq normasının əsl
məna və məzmununun müəyyən edilməsinə yönəlir.
Plenum qərarları təfsir aktlarının rəsmi təfsir aktları (interpretasiya aktları) kimi növünə şamil edilir.
Bu cür aktlar təfsiri verilmiş hüquq normasını tətbiq edən bütün şəxslər üçün məcburi xarakterə malikdir. Ple-
num qərarları həm də normativ təfsir aktları hesab olunur. Normativ təfsir aktları qüvvədə olan qanunvericili-
yin yalnız mənasını izah edir. Bu cür aktlara aid edilən plenum qərarları ümumi xarakterli olub, ümumi məcburi
qüvvəyə malikdir, yəni bütün müvafiq məhkəmə orqanları sistemi üçün hüquq normasını başa düşmək və anla-
maq mənasında məcburidir. Bu qərarlar hüquqtətbiqetmə prosesində ümumi rəhbərlik üçündür, qeyri-məhdud
hallara aiddir, həmçinin əhatə dairəsi geniş olan subyektlərə şamil edilir.
Plenum qərarları leqal təfsir aktlarıdır. Əgər hüquq normasını təfsir etmək üçün səlahiyyət və icazə veril-
miş, tapşırıq almış subyekt təfsir edərsə, buna leqal təfsir aktları deyilir. Ali Məhkəməyə qanunları təfsir etmək
üçün icazə verilmişdir.
Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, rəsmi, normativ və leqal təfsir aktı hesab olunan plenum qərar-
ları müstəqil əhəmiyyətə malik deyildir. Bu qərarlar yalnız təfsiri verilmiş hüquq normasını ifadə edən normativ
aktlarla birlikdə məna kəsb edərək fəaliyyət göstərirlər. Onların hüquqi taleyi və müqəddəratı normativ aktlarla
bağlı olub, bu aktlardan asılıdır. Normativ aktın ləğv edilməsi və ya dəyişdirilməsi çox vaxt təfsir aktının da
ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olur. Plenum qərarları əhatə dairəsi geniş olan bütün məhkəmə or-
qanlarına şamil edilir. Bu qərarlardan istifadə olunması təfsiri verilən normanın tətbiq edildiyi hər bir hal üçün
39
nəzərdə tutulur və hesablanır. Bu baxımdan onlar ümumi məcburi xarakterə malikdir.
Plenum qərarları hüquq normasının məhkəmələr tərəfindən dözgün və birmənalı başa düşülüb tətbiq edilmə-
sini təmin edir. Onlar mülki hüquq normalarının aşaüı məhkəmə orqanları tərəfindən dözgün tətbiq edilməsi ba-
xımından xüsusi əhəmiyyət kəsb edir. Bu qərarlar mülki hüquq (sivilistika) elmi tərəfindən işlənib hazırlanmış
nəzəriyyələri, postulatları, konsepsiyaları və ideyaları qəbul etməklə kifayətlənmir. Onlar da öz növbəsində hü-
quqtətbiqetmə praktikasının sabitliyini və vahidliyini təmin etmək məqsədi ilə müxtəlif ümumiləşdirmələr ifadə
edir. Plenum qərarlarında bəzi hallarda nəzəri mühakimələrlə özləşirik: müvafiq hüquq norması necə və nə
üçün məhz belə tətbiq olunmalıdır? Məhkəmə tərcübəsində yaranan müddəalar bəzən sonralar mülki
qanunvericilikdə nəzərə alınır (məsələn, özrlü səbəblərə görə ötürülən iddia müddətinin uzadılması və s.).
Lakin bunlara baxmayaraq, plenum qərarları özündə ümumi məcburi davranış qaydası (hüquq norması) mü-
ə
yyən etmir. Bu qərarlar yalnız hüquq normalarının məzmun və mənasını təfsir edir, aydınlaşdırır, izah edir. Ali
Dostları ilə paylaş: |