Azərbaycan respublikasi adindan q ə t n a m ə 26 avqust 2016-cı IL


M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ



Yüklə 272,97 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix28.12.2021
ölçüsü272,97 Kb.
#17131
1   2   3   4   5   6
M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ:

Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında

mahiyyəti üzrə baxır.

Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin

dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini

yoxlayır.

Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin

dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv

araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən

apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə

Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-

358/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

Nikahın pozulması və birgə nikahdan doğulmuş uşağın anasının himayəsinə verilməsi

hissələrində qətnamədən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki,

MPM-nin 372.6-cı maddəsinə əsasən həmin hissələrdə qətnamə apellyasiya baxışının predmeti ola

bilməz.


Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini II-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq

və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin III hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla

qorunur. Həmin maddənin IV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm

də vəzifəsidir.

3



Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli

müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət

siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil

almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların

mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının

normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların

həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında

tutulur.


Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər

(onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə

müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment

tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna

malikdir.

Yenə həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment

ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm,

dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud

onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması

mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda,

uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay

ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən

hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,

diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal

saxlanması əsas tutularaq müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq

hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi

tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

“Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və

sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın

inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti

daşıyırlar.

Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas

valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının,

ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə

bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib

hüquqi vəzifələridir.

“Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” AR Qanununa

əsasən 2016-cı

il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 117 manat təşkil edir.

İşdən görünür ki, tərəflər arasında nikah pozulmuşdur və birgə nikahdan

doğulmuş 03.03.2009-cü il təvəllüdlü Quliyev Səbuhi Tahir oğlu anasının himayəsində

qalmışdır. Uşağın atası Quliyev Tahir Yadigar oğlunun gəlirləri barədə işdə heç bir

məlumat yoxdur. Qarşılıqlı iddiadan isə görünür ki, Quliyeva Anay Nurəddin qızı

Quliyev Tahir Yadigar oğlundan sabit pul məbləğində alimentin tutulmasını tələb edir.

Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər

ikisinin maddi vəziyyətini, birgə nikahdan doğulmuş azyaşlı

Səbuhinin əvvəlki təminat

səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, 03.03.2009-cü il

təvəllüdlü Quliyev Səbuhi Tahir oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün

Quliyev Tahir Yadigar oğlundan 16.05.2016-cı il tarixdən başlayaraq hər ay Quliyeva

Anay Nurəddin qızının xeyirinə 117 manat sabit pul məbləğində alimentin tutulması

barədə tamamilə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğini müəyyən edərkən düzgün

hüquqi nəticəyə gəlmişdir. İddiaçının, uşaqların

və cavabdehin mənafeləri, onların sağlamlıqları düzgün

qiymətləndirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, tərəflərin hər birinə münasibətdə birinci instansiya

məhkəməsi balanslaşdırılmış qətnamə çıxarmışdır. Valideyinlərin öz uşaqları barədə aliment öhdəlikləri davam edən

4



münasibətlər sırasına daxil olduğundan və buna görə də gələcəkdə, əmlak vəziyyətinə uyğun, alimentin miqdarına dair iddia

verilməsi imkanlarının mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası hazırki halda birinci instansiya məhkəməsinin

gəldiyi nəticə ilə razılaşır.

Quliyev Tahir Yadigar oğlunun hazırda istifadəsində avtomobilin olması, buna

görə də uşaq üçün ondan ayda 117 manat məbləğində alimentin tutulmasının

ədalətsizliyi barədə Quliyeva Anay Nurəddin qızının apellyasiya şikayətinin dəlili

əsassızdır. Əvvəla, Quliyev Tahir Yadigar oğlunun mülkiyyətində hər hansı avtomobilin

olması barədə işdə heç bir mötəbər sübut yoxdur. Bundan başqa, alimentin məbləği

avtomobilin olması ilə deyil, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər

hallar nəzərə alınmaqla müəyyən olunur.

Birgə nikahdan doğulmuş uşağın kəskin bronxit xəstəsi olması və bunun

diqqətəlayiq hal kimi nəzərə alınmalı olması barədə Quliyeva Anay Nurəddin qızının

apellyasiya şikayətinin dəlili də əsassızdır, çünki qüvvədə olan ailə qanunvericliyinə

görə uşağın müalicəsi üçün çəkilən xərclər əlavə iddia ilə qarşı tərəfdən tələb oluna bilər.

Alimentin iddia qaldırılan gündən tutulmalı olması barədə şikayətin dəlilinə

gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Quliyeva Anay Nurəddin qızının bu

dəlili də əsassızdır. Qarşılıqlı iddia ərizəsindən görünür ki, 16 may 2016-cı ildə tərtib

olunmuş və həmin tarixdə məhkəməyə təqdim olunmuşdur. Qətnamədən görünür ki, 117

manat məbləğində aliment Quliyev Tahir Yadigar oğlundan məhz həmin tarixdən

tutulmağa başlanmışdır, başqa sözlə işə baxan birinci instansiya məhkəməsi AR Ailə

Məcəlləsinin 100.2-ci maddəsinin tələbini pozmamışdır.

Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz

tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Quliyeva Anay Nurəddin qızı

isə apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim

sübut təqdim edə bilməmişdir.

Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi

dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci

instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə

əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan

və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə

bilməz.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə

məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan

Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş

əsaslar mövcud deyil.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə

əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini

təmin etmədən saxlaya bilər.

Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının

tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə

gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər

Məhkəməsinin 2(060)-358/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-

nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət

5



rüsumu Quliyeva Anay Nurəddin qızının özünə aid edilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393,

402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası


Yüklə 272,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin