və 10%-li qliserindən istifadə olunur və yaxud 1600
0
C –də presslənmiş qrafitdən
porşen həlqələri olan özüyağlanan vtulkalar quraşdırılır.
Eyni ilə quru təhlükəsiz yağlayıcıdan, flüorüzvi sintetik yağlardan- 3f, 4f və
s. yağlardan (oksigenlə və digər oksidləşdiricilərlə 100
0
C
və daha yüksək
temperaturda oksidləşməyən) istifadə olunur. Oksidləşməyə qarşı davamlılığı və
stabilliyi ilə üzvisilisiumlu yağlar fərqlənirlər.
Azot. hidrogen və azotlu-hidrogenli kompressorlar üçün (“paqar” əmələ
gəlməsi və oksidləşmə təhlükəsi olmadığı üçün) yüngül slindr yağları, yüksək
təzyiq olan halda isə ağır slindr yağlarından istifadə olunur. Xlor
kompressorlarının yağlanması üçün sulfat turşusundan istifadə edirlər.
Koks, neft və s. qazların səxəlması zamanı (sürtkü yağlarını həll edə bilən)
xüsusi slindr yağlarının qarışığından istifadə olunur. Qaz ilə gedən yağ damcıları
kompressordan sonra qoyulan xüsusi yağayıranlarla tutulur. Boru xətləri adətən
qazın istiqamətinə qarşı azacıq maili qoyulur. Bufer çəninin isə aşağısından boru-
kran qoyulur və bunun köməyi ilə də sürtkü yağının və su buxarlarınınqovulması-
təmizlənməsi təmin edilir. Dövri olaraq boru xətti və
bufer çənini təmizləyir və
yuyurlar.
İşçi slindrdən başqa digər mexanizmlərin yağlanması üçün adi yağdan
istifadə olunur. Bunu elə etmək lazımdır ki, karter məsaməsindən slindrə, sıxılan
qazdan karter məsaməsinə yağ düşməsin. İşə buraxmazdan
əvvəl kompressorun
yağlı olub-olmaması yoxlanmalıdır.
9.3 Kompressorun soyudulması
.
Kompressorun sabit işinin təmini üçün intensiv soyutma prosesi aparılmalıdır.
Aztəzyiqli və kiçik məhsuldarlıqlı kompressorlarda hava soyutması kifayət edir.
Buxarları asan sıxılan maddələr istifadə olunan soyuducu kompressor
qurğularında həmin buxarların slindrdə kondensləşməsi
baş verə bilər və bu
zaman yaranan hidravlik zərbə nəticəsində qırılma halı baş verər. Belə halda da
ancaq hava soyutmasından istifadə edirlər.
Təzyiqin artması ilə əlaqədar olaraq sürtkü yağının temperaturunun aşağı
düşdüyünə görə sıxılan qazın temperaturu bir pilləli kompressorlarda 160
0
C-dən,
çox pilləli kompressorlarda 140
0
C-dən çox olmamalıdır. Suyun normal dövretməsi
şəraitində slindrin divarının və qapağının soyudulması sıxılan qazın
temperaturunun lazım olan həddə çatması 4-6 dəfə sıxılmadan sonra baş verir.
Daha yüksək sıxılma dərəcəsi lazım olan halda qazın hər pillə sıxılmasından
sonra qaz üçün aparıcı aralıq soyuducular qoyulması lazım gəlir. Kondensləşmiş
maye (dağıdıcı hidravlik zərbəni aradan qaldırmaq üçün)
soyuducudan dövri və ya
daimi olaraq çıxarılmalıdır. Su soyuducusunu kompressor işə buraxılmazdan əvvəl
qoşmaq lazımdır. Əgər su kəsilirsə təcili kompressoru dayandırmaq lazımdır.
Böyük kompressorlarda dönər suyun temperaturunun normadan çox olduğu hal
üçün avtomatik siqnal və mühafizəedici qurğular qoyulur.
Suyun temperaturu və
miqdarı istilik balansına əsasən hesablanır.
Kompressorun müxtəlif pillələrindən bir neçə paralel su axını çəkmək (otvod
vodı) yaxud bir neçə kompressordan eyni xəttə-bir qıfa suyun tökülməsi düzgün
deyil. Belə ki, onda hansı kompressorda və pillədə suyun kəsilməsini və ya
temperaturun dəyişməsini müəyyən etmək olmaz.
Dostları ilə paylaş: