2
əhalinin təxminən 75%-i şəhər aqlomerasiyalarında yaşayır. Urbanizasiyanın, əhali sıxlığının
və təhsilin
yüksək səviyyəsi - əhalinin turizm aktivliyinə təsir edən amillərdir. Avropa ölkələri bir-birinə nəzərən yaxşı
mövqeyə malikdirlər və bir çoxlarının rahat təbii obyektlərdən keçən eyni sərhədləri vardır. Coğrafi yaxınlıq
və sıx nəqliyyat şəbəkəsi bir ölkədən digərinə səyahəti rahat və əlçatan edir. Avropanın müxtəlif
subregionlarında (əsasən ölkələrində), turizm-rekreasiya sahəsinin inkişaf səviyyəsi qeyri-bərabərdir. Bu
sahədə kommersiya effektliliyi baxımından aparıcı subregionlar – Qərbi, Cənubi və Şimali Avropadır.
Mərkəzi və Şərqi Avropa, yəni SSRİ-nin süqutundan sonra yaranmış yeni müstəqil dövlətlər, həmçinin sabiq
sosialist ölkələri və Aralıq dənizinin şərqində yerləşmiş ölkələr (Türkyə, Kipr, İsrail) turizmin inkişafı
baxımından, Avropanın inkişaf etmiş regionlarına “çatmağa” cəhd göstərirlər.
Avropa ölkələrinin hüdudları daxilində təbii-coğrafi amillər, ilk öncə ərazinin relyefi və iqlimi, turist
axınının intensivliyini və istiqamətini müəyyən edir. Aralıq dənizi hövzəsi daha çox turist cəlb edir. Avropa
turistlərinin yarıdan çoxu və digər qitələrdən gələn turistlərin təqribən 30%-i bu ərazidən keçir. Günəşli
Aralıq dənizi hövzəsi, rütubətli və soyuq Mərkəzi və Şimali Avropa sakinlərini özünə cəlb edir. Tarixi və
mədəniyyət abidələrinə maraq da buna əlavə olunur.
Qərbi Avropa hüdudları daxilində turizm əlaqələri əsasən, qonşu ölkələr arasında inkişaf etmişdir.
Bunun əsas səbəbi, qonşu ölkələrin tarixi keçmişi və talelərinin oxşarlığı, iqtisadi və mədəni əlaqələrin sıx
olmasıdır.
Avropada səyahətlər müasir həyat tərzinə çevrilmişlər. Buna regiondakı iqtisadi və siyasi stabillik,
müxtəlif ölkə hökümətlərinin əməkdaşlıq (o cümlədən turizm sahəsində) meylləri təkan verir. Bu sahədə 26
ölkənin daxil olduğu Şengen razılaşmasının imzalanması (1985-ci il) xüsusi əhəmiyyətə malikdir. Belə ki,
bu razılaşmaya əsasən bu ölkə vətəndaşları öz ümumvətəndaşlıq pasportları ilə Şengen zonası dövlətlərinin
sərhədlərini maneəsiz keçə bilərlər. Turizmin inkişafına həm də Avropa birliyinin vahid valyutası – Avronun
tətbiqi də təkan vermişdir.
Avropa – dünyanın qabaqcıl turizm regionudur və turistlərin gəlmə göstəricilərindəki payının
azalmasına baxmayaq, özünün liderliyini qoruyub saxlayır. Beynəlxalq turistlərin
gəlmə göstəriciləri
Avopada 2015-cü ildə 2014-ci ilə nəzərən 90 mln. nəfər artaraq 608 mln. nəfərə çatmışdır ki, bu da dünya
səyahətlərinin 51%-ni təşkil edir. Turizmdən gəlirlər isə 450 mlrd. ABŞ dolları təşkil etmişdir. Avropada
turizm kəskin regiondaxili xarakter daşıyır. Regionlararası getmə turist axınlarında ABŞ xüsusi yer tutur.
Ümumiyyətlə Avropada regiondaxili turizmin payı 90%-dir, qalanı isə regionlararası turizmin payına
düşür. Əgər region daxilində turistlərin payı çoxdursa, deməli həmin regionda turizmin infrstukturu və təşkili
yaxşı inkişaf etmiş. Regionda sabitlik və yüksək iqtisadi inkişaf var.
1990-cı illərdə sərhədlərin açılması Şərqi Avropa ölkələrindən Qərb ölkələrinə çoxlu turist axınının
yaranmasına səbəb olmuşdur. İlk vaxtlar gedənlərin əksəriyyəti şopturizm etməklə qısamüddətli səfərlərə
gedirdilərsə, tədricən dincəlmək və ölkə haqqında məlumat toplamaq üçün də vaxt ayırırdılar. Eyni zamanda
kütləvi qrup halında səyahətlər tədricən daha kiçik qruplar və ailəvi səyahətlərlə əvəz olunurdu. Avropa
daxilində əsas turist yaradan ölkələr Benilüks və Şimali Avropa ölkələridir. Belə ki, region daxilində turist
axınının 42% bu ölkələrin payına düşür. Məlum olduğu kimi regionda turist axınlarının əsas istiqaməti
Şimaldan Cənubadır. Bu turistlərin günəş-qum-dənizə olan marağından irəli gəlirdi
.
Ona görə də xüsusi ilə
soyuq iqlimi olan Şimali Avropa ölkələrindən (Norveş, İsveç,
Finlandiya, İslandiya, Danimarka) turistlər
Aralıq dənizi (xüsusən Fransa, İspaniya, İtaliya) və Qara dənizin sahillərinə üz tuturdular. Lakin son
zamanlar turistlərin yerdəyişməsi baş verməkdədir. Fərqlilik axtaran turistləri artıq Skandinaviya ölkələri və
İslandiya da maraqlandırır. Bunun əsas səbəbi isə Şimali Avropa ölkələrində təbii sərvətlərin zənginliyi,
ekoloji tarazlıq və təmizlik, valyuta sabitliyi, turistlərin təhlükəsizliyinin təmin edilməsi, turistləri bura cəlb
etmək üçün turizm sənayesinə böyük miqdarda sərmayə qoymaları və yeni turist məhsullarını təklif
etmələridir.
Tədricən Avropa regionunun beynəlxalq turizm fəaliyyətində iştirakı azalmağa başlayır. Lakin La-
3
Manş tunelinin tikilməsi, Disneyland və s. yollarla turistlərin bu regiona olan marağının sabit qalması üçün
cəhdlər göstərilir.
Avropa turizminin ən gözəçarpan xüsusiyyəti turist axınlarının meridional istiqamətdə üstünlük
təşkil
etməsi və turistlərin Aralıq dənizi hövzəsi ətrafında cəmləşməsidir. Turist axını şimaldan cənuba doğru
hərəkət edərək, turist qəbulu üzrə böyük dövlətlər sayılan Fransa, İspaniya və İtaliyada başa çatır.
Avropaya turist göndərən əsas bazar, Şimali Amerikadır. Avropa hüdudlarından kənardan gələn
turistlərin 35%-i ABŞ, Kanada və Meksikanın payına düşür. Qitə çərçivəsində turist axınının əsas mənbələri
“isti dənizlərə” çıxışı olmayan, inkişaf etmiş dövlətlərdir.
Avropa turizm bazarında Şərqi və Mərkəzi Avropa ölkələrinin, xüsusilə də Çexiya, Polşa, Rumıniya,
Sloveniya və Rusiyanın aktivliyi artır. Avropada inkişaf etmiş turizm növləri içərisində müalicə-sağlamlıq,
işgüzar, dini, təhsil, dərketmə, kruiz (dəniz, çay, göl) turizm növləri xüsusilə seçilir. Avropaya səyahət
edənlərin əksəriyyəti öz səyahətlərinə müxtəlif əyləncə müəssisələrinin və tədbirlərinin
ziyarətini də daxil
edir.
Avropa 5 subregiona bölünür: Şimali Avropa, Qərbi Avropa, Mərkəzi və Şərqi Avropa, Cənubi
Avropa.
Şimali Avropa ölkələrinə Skandinaviya ölkələri (Danimarka, İsveç və Norveç) və tarixən onlarla
bağlı olan Finlandiya və İslandiya, eləcə də Qrelandiya və Farer adaları (Danimarkanın tərkib hissələri)
aiddir. Bəzən bu ölkələrin hamısını Skandinaviya ölkələri adlandırırlar,
lakin bu düzgün deyil, belə ki,
İslandiya və Finlandiya Skandinaviyanın tərkib hissələri deyildir.
Subregionda turizmin inkişafına təsir edən amillər İEÖ-lər olması, yüksək maliyyə təminatı,
nəqliyyat və turizm infrastrukturunun inkişafı, təbii landşaftın gözəlliyi, unikallığı, bəzi hissələrinin
toxunulmazlığı, siyasi-iqtisadi sabitliyin mövcudluğu, təhlükəsizliyin təmin edilməsi, tarixi-mədəni irsi
ənənəvi
yarmarka və sərgilər, şengen zonasına daxil olmaları və s. aiddir. İnkişafına mənfi təsir göstərən
amillər qiymətlərin baha olması, dağlıq relyefin üstünlük təşkil etməsi (Danimarka,Finlandiya istisna), sərt
iqlim şəraiti, Avropanın əksər ölkərindən uzaqlığı və s. aiddir.
İsveç.
Şimali Avropada, Skandinaviya yarımadasında yerləşmiş İsveçə Baltik dənizindəki Qotland və
Aland adaları, həmçinin sahildən bir qədər aralı yerləşən bir sıra kiçik adalar da məxsusdur. Qərbdə və
şimalda Norveç, şimal-şərqdə Finlandiya ilə həmsərhəddir. Şərqdə Baltik dənizi və Botnik körfəzi, cənub-
qərbdə Katteqat və Skagerrak boğazları ilə əhatə olunur. Eresunn boğazı İsveçi, Danimarkaya məxsus olan
Zeland adasından ayırır.
İsveçdə müxtəlif hündürlükdə yerləşən təxminən yüz min göl vardır. Onların əksəriyyəti bir-biri ilə
çaylar vasitəsilə birləşərək göllər şəbəkəsi yaradırlar. Bir sıra iri göllər isə bir-biri ilə gəmiçilik üçün yararlı
kanallarla birləşdirilib. Stokholmdan Geteborqa qədər, uzunluğu 50 km-dən artıq olan kanal vasitəsi ilə gəmi
ilə səyahət etmək olar.
İsveçin iqlimi mülayimdir, qış ayları şimalda şaxtalı və qarlı, cənubda qısa və yumşaq keçir. Qış və
yay aylarında turizm üçün əlverişli bölgə ölkənin cənubudur.
İsveç, əhalinin
yüksək həyat səviyyəsini, praktiki olaraq tam məşğulluğunu təmin edən, sosial
təminatı yüksək inkişaf etmiş sənayeyə malik dövlətdir. İsveç əhalisi üçün səyahətə meyllik səciyyəvi
xüsusiyyətdir. Əhalinin böyük əksəriyyəti hər il (hətta bəzən ildə bir neçə dəfə) ölkə daxilində müxtəlif
yerlərə səyahət edir və xarici səfərlərə gedirlər. İsveç 2014-cü ildə 10.5 mln. nəfər turist qəbul etmiş,
turizmdən əldə etdiyi gəlir isə 11.8 mlrd. ABŞ dolları təşkil etmişdir. Qeyd edək ki, İsveç müxtəlif zövqə və
maddi imkana malik olan turistlərə və iş adamlarına ölkədə gecələmək üçün
hər cür yerləşmə vasitələri
(kənd evləri, kempinq, turist bazaları, ponsionatlar, adi və lyüks otellər) təklif edə bilər. İsveçin ən bahalı
oteli Stokholmdakı Qrand Oteldir. Nobel mükafatı laureatları adına layiq görülən görkəmli şəxsiyyətlər
burada yaşayırlar.