Botnik körfəzi və Baltik dənizi sahilləri turizm bölgəsi.
Bu bölgə İsveçin daxili turizm zonasıdır.
Stokholmdan şimala bütöv zolaq şəklində (100 km) qumlu çimərliklər uzanır; bu istirahət zonası ən müasir
yerləşdirmə vasitələri, yeyinti müəssisələri, əyləncə mərkəzləri və idman tikililəri ilə təchiz olunmuşdur.
Daha şimalda, Botnik körfəzi sahillərində isə çoxsaylı kurortlar yerləşir. Bu kurortlar arasında Evle, Ala,
Hudiksvall, Sundsvall, Kernosand xüsusi ilə fərqlənir. Ölkə paytaxtından cənubda, Baltik dənizi sahillərində
Okselosund, Qamlebü, Karlskruna kimi məşhur kurortlar vardır.
Geteborq və ölkənin qərb sahilləri turizm bölgəsi.
Geteborq, İsveçin iri şəhərlərindən biri və
İsveçə gələn xarici turistlərin toplaşdığı ikinci böyük mərkəzdir. Şəhər çoxsaylı muzey, teatr, konsert zalları
ilə turistləri cəlb edir. Geteborqun küçələri demək olar ki, başdan-başa yaşıllaşdırılmış, meydanlarda çoxlu
parklar salınmış və fəvvarəli hovuzlar tikilmişdir. Ölkənin qərb sahillərindəki çoxsaylı dənizkənarı kurortlar
əsasən daxili turistlərə xidmət göstərir. Geteborqdan cənuba doğru Malme şəhərinədək olan ərazidə
Varberq, Falkenberq, Holmstad, Bostad, Engelholm, Helsinkborq, cənubda isə Skanor, Falsterbu,
Trelleborq, İstad kurortları yerləşir.
Geteborqdan şimala doğru Stromstada qədər təxminən 150 km ərazidə, Geteborq - Bohus ümumi adı
altında tanınmış sahil kurortları və kurort-adalar yerləşir.
Qotland adası turizm bölgəsi.
Ada İsveç sahillərindən təxminən 100 km aralıda yerləşir. Daxili və
xarici turizmin mühüm mərkəzlərindən biridir. Qotland sabit iqlimi, mənzərəli portları və rahat çimərlikləri
ilə tanınır. Adanın əsas şəhəri - Visbüddə qorunub saxlanılan orta əsrlərə aid divarlar, çoxlu kilsə qalıqları,
şəhərin möhtəşəm keçmişindən xəbər verir. Visbü XI-XIII əsrlərdə Novqorodla Qərbi Avropa şəhərləri
5
arasında su yolunun üzərində olduğu üçün, Baltik dənizində mühüm dəniz ticarəti mərkəzi kimi inkişaf
etmişdi.
Dostları ilə paylaş: |