Plan: Avropa regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 128,11 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix16.12.2023
ölçüsü128,11 Kb.
#181501
1   2   3   4   5   6   7   8   9   ...   14
BTC-movzu2

Dalarna turizm bölgəsi. 
Dalarna - Stokholmdan şimal-qərbə doğru, ölkənin daha bir daxili turizm 
bölgəsidir. Bu rayon xizək yürüşləri üçün çox əlverişlidir. Dalarna - özünəməxsus mədəniyyət, qədim 
sənətkarlıq və əski adət-ənənələr diyarıdır. İstirahət mərkəzləri arasında Serna, Selen, xüsusilə də Silyan 
gölü ətrafındakı Mura, Retvik, Leksand kurortları seçilir. 
Laplandiya turizm bölgəsi. 
Ölkənin şimal hissəsində yerləşən bu turist bölgəsi, gözəl təbiəti və 
aborigenlərin özünəməxsus mədəniyyəti ilə daxili və əcnəbi turistləri cəlb edir. 
Norveç. 
Şimali Avropada yerləşmiş Norveç Skandinaviya yarımadasının şimal və qərb hissəsini 
tutur. Şpitsbergen arxipelaqı, Yan-Meyen və ölkəyə yaxın yerləşmiş digər adalar da Norveçə məxsusdur. 
Şərqdə, İsveç, şimal-şərqdə Finlandiya və Rusiya ilə həmsərhəddir. Qərbdə Atlantik okeanına, şimalda 
Barens, cənubda isə Şimal dənizlərinə çıxışı var.
Norveç, sahilləri çox girintili-çıxıntılı olan ölkələrdən biridir. Bir çox bölgələrdə əzəmətli sıldırım 
qayalar sahil boyu şaquli divarlar kimi uzanır və ya dərin oyuqlar yaradaraq, sanki dəniz üzərində asılı 
vəziyyətdə qalırlar. Ölkənin qərb sahilləri uzun və dərin fyordlarla parçalanmışdır. Norveçin ən böyük 
fyordu, uzunluğu 200 km-dən çox olan Soqnefyorddur. Hardangerfyord, Tronheymsfyord, Oslofyordu 
böyük fyordlara aid etmək olar. Norveç dənizinin fyordları, dəniz tərəfdən çoxsaylı adalarla əhatə 
olunduğundan, fırtına, külək və dəniz cərəyanları dalğalardan yaxşı qorunur. Fırtına zamanı fyordlar, 
həmçinin gəmilər üçün yaxşı daldanacaq rolu oynayır. Norveç ərazisinin 70%-ni təşkil edən orta yüksəkli 
Skandinaviya dağları cənub-qərbdən – şimal-şərqə doğru bütün ölkə boyu uzanır. Norveçdə çoxlu göllər və 
iti axan astanalı və şəlaləli dağ çayları vardır. Şəlalələr Norveç çaylarına qeyri-adi gözəllik verir. Əsas çaylar 
– Logen, Beqna və Qlommadır. Sahilə doğru gələn mülayim dəniz cərəyanı və daim əsən mülayim qərb və 
cənub dəniz küləkləri, Norveç iqliminə böyük təsir göstərir. Norveç sahillərində dəniz donmur, fyordlar isə 
ilboyu naviqasiya üçün açıqdır. Şimal en dairəsi istiqamətində uzanmasına baxmayaraq, Norveç, Şimali 
Avropanın ən isti ölkəsidir.
Zəngin təbii ehtiyatlara malik olan Norveç iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş sənaye 
ölkəsidir. Norveçin qayalı sahilləri, mənzərəli fyordları, Şimalın toxunulmamış təbiəti, tarixi-memarlıq 
abidələri əcnəbi turistləri cəlb edir. İl ərzində Norveç əhalisinin təxminən yarısı səyahətdə olur. Norveçin 
beynəlxalq turizm əlaqələri fəal inkişaf edir. Norveçdə xarici turizmin mövsümülüyü özünü açıq şəkildə 
biruzə verir. Turistlərin yarıdan çoxu ölkəyə iyun, iyul və avqust aylarında gəlirlər. Norveç 2015-ci ildə 5.4 
mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə 4.9 mlrd. ABŞ dolları təşkil etmişdir. 
Norveçdə turistlərin toplaşdıqları 
əsas mərkəzlər
- Oslo və ətrafı, Myosa göllər zonası və 
Qudbransdal, Bergen və ölkənin cənub-qərb sahilləri, Tronheym və Norveç dənizi sahilləri, fyordlar və 
ölkənin şimal bölgələridir. 

Yüklə 128,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin