Plan: Avropa regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi


Ölkənin şimal bölgələri turizm bölgəsi



Yüklə 128,11 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix16.12.2023
ölçüsü128,11 Kb.
#181501
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
BTC-movzu2

Ölkənin şimal bölgələri turizm bölgəsi. 
Sərt təbiəti ilə cəlbedici olmaqla yanaşı dağ-xizək idmanı 
və balıq ovu üçün əlverişli bölgədir. Ölkənin şimalında əcnəbi və daxili turistlərin toplaşdıqları əsas 
mərkəzlər - Budö, Narvik, Hammerfest, Kirkenes kimi port şəhərləridir. 
Şərqi Vadi meşə turizm bölgəsi. 
Ölkənin iri turist regionlarından biridir. Norveçin mehmanxana 
biznesinin yaşayış fondunun 30 faizə qədəri burada cəmləşmişdir. Yaşayış fondunun 10 faizi isə digər 
məşhur turist regionunda - Bergen şəhəri ətrafındadır. Tronheym şəhərində isə ölkənin yaşayış fondunun 7,4 
faizi yerləşir. 
Finlandiya. 
Şimali Avropada yerləşmiş Finlandiya cənubda və şərqdə Rusiya, şimalda Norveç, 
qərbdə İsveçlə həmsərhəddir. Qərbdə Fin körfəzinə çıxışı var. Ölkə ərazisinin üçdə biri Qütb dairəsi 
hüdudlarındadır. Finlandiyanın tərkibinə daxil olan Aland adaları xüsusi siyasi-inzibati vahid statusuna 
malikdir. Əhalinin böyük əksəriyyəti cənub-qərb bölgəsində məskunlaşmışdır. Ölkənin relyefində təpəlik 
ərazilər üstünlük təşkil edir. Ucqar şimalda əraziyə Skandinaviya dağları daxil olur. 



Finlandiyanı meşə, göl və bataqlıqlar ölkəsi adlandırırlar. Ərazinin təxminən 70%-i meşə ilə 
örtülüdür. 60 mindən artıq olan göllər ölkə ərazisinin təxminən onda birini tutur. Göllər suyunun şəffaflığı 
və bol balıq ehtiyatı ilə seçilirlər. 
Atlantik Okeanın Holfstrim mülayim cərəyanı ölkənin kontinental iqlimini bir qədər yumşaldır. 
Skandinaviya dağları isə onu Arktikanın soyuq küləklərindən qoruyur.
Finlandiya inkişaf etmiş bazar iqtisadiyyatına malik sənaye ölkəsidir. Finlandiyanın daxili və xarici 
turizmində, İsveçdəki analoji vəziyyət müşahidə edilir. Yəni, ölkəyə gələn əcnəbi turistlər əsasən paytaxta – 
Helsinkiyə üstünlük verirlər. Daxili turistlərin üçdə biri fin göllərinin sahillərində istirahətə üstünlük 
verirlər. Fin turistlərin digər qismi isə şimaldakı ərazilərə, daha dəqiq desək, Laplandiyaya gedirlər. Fin 
turistlərinin böyük hissəsi qonşu Skandinaviya ölkələrinə səyahət edir. Digər ölkələrdən – Estoniya, Rusiya, 
Aralıq dənizi sahilləri, Kanar adaları, həmçinin Qərbi Avropaya səfərlər olunur. Finlandiya 2015-ci ildə 2.6 
mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə 2.8 mlrd. ABŞ dolları təşkil etmişdir. 
Finlandiya əsas turizm yollarından kənarda qalan ölkələrdəndir. Ona görə də 20-25 il öncə bu 
ölkənin turizm ehtiyatları, təbiətinin gözəlliyi və özünəməxsus xüsusiyyətləri haqqında informasiya çox 
bəsit idi. Finlandiyanın 

Yüklə 128,11 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin