Plan: Avropa regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 128,11 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix16.12.2023
ölçüsü128,11 Kb.
#181501
1   ...   6   7   8   9   10   11   12   13   14
BTC-movzu2

turizm mərkəzləri
: Helsinki, Turku, Tampere, Lahti və Hyamenlinnadır. Turistlərin 
əsas toplanış bölgələri - Sayma gölü və Laplandiya tarixi - coğrafı əyalətidir. 
Helsinki turizm mərkəzi
. Helsinki Fin körfəzinin qayalıq sahilində yerləşmiş mənzərəli, müasir və 
nisbətən cavan şəhərdir. Helsinki memarlıq abidələri, muzeyləri və digər görkəmli yerləri ilə turistləri cəlb 
edir. Mərmər sütunlu Parlament binası, Prezident sarayı, Müqəddəs Nikolay kilsəsi, Olimpia stadionu və s. 
belə görkəmli yerlərdən hesab olunur. Muzeylərdən, fin, rus və Qərbi Avropa incəsənətinin misilsiz 
nümunələrinin toplandığı Atensum Bədii muzeyi, Seurasari adasında açıq səma altında yerləşən Tarix - 
etnoqrafıya və memarlıq - məişət muzeyi, Suomenlinin Qala - muzeyini qeyd etmək olar. Helsinkidə bir 
neçə teatr, o cümlədən Fin opera teatrı, Fin milli və fəhlə teatrları, dahi fin bəstəkarı Yan Sibeliusun adını 
daşıyan konservatoriya fəaliyyət göstərir. Hər il yayda burada "Sibelius həftəsi" beynəlxalq musiqi festivalı 
keçirilir. 
Tampere (Tammerfors) turizm mərkəzi. 
Əhalinin sayına görə ölkənin ikinci böyük şəhəridir. 
Şəhər, memarlıq abidələri və muzeyləri ilə turistlərin diqqətini cəlb edir. 
Lahti turizm mərkəzi. 
Ölkənin yeni və sürətlə inkişaf edən şəhərlərindən biridir. Şəhər müasir 
tikililəri, muzey və rəsm qalareyalarının zəngin ekspozisiyası ilə turistləri cəlb edir. 
Turku turizm mərkəzi. 
Turku ölkənin qədim şəhərlərindən biridir. Şəhərin muzeyləri, geniş 
meydanları, parkları, həmçinin tarixi -memarhq abidələri turistlərin marağına səbəb olur. Ən maraqlı 
memarlıq abidəsi XIII əsrdə tikilən kilsədir. 
Hyamenlinna turizm mərkəzi. 
Şəhər dahi fin bəstəkarı Sibeliusun vətənidir. Şəhərə gələn turistlərə 
Sibeliusun ev muzeyi, XIII əsr qəsri, Ratuşa binası nümayiş etdirilir. Şəhər kənarında Avropanın ən gözəl 
parklarından biri olan Aulanko milli parkı yerləşir. 

Yüklə 128,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin