2
Qədim dünyanın memarlıq abidələri və intibah dövrünün misilsiz sənət nümunələri toplanmış ikinci belə şəhər
yoxdur. Ona görə də yüz il ərzində bütün dünya üzrə ən çox turist qəbul edən şəhər -Romadır.
Roma, bədii abidələrin monumentliyinə görə Avropanın birinci şəhəridir. Onların arasında
antik dövrün
abidələri xüsusi yer tutur. Artıq e.ə. IV əsrdə əhalisinin sayı 200 min nəfərə çatan şəhər, qədim dünyanın elmi,
siyasi və mədəni mərkəzinə çevrilmişdi. E.ə. 312-ci ildə Romadan 16 km aralıda yerləşən mənbələrdən şəhərə
su çəkilmişdi. Həmin dövrdə salınmış yollar, Romanı bütün istiqamətlərdə ölkənin digər bölgələri ilə
birləşdirirdi. Bu isə, "bütün yollar Romaya aparır"
kimi qədim, məşhur zərb məsəlin yaranmasına səbəb
olmuşdur. Senzor Appiy Klavdinin hakimiyyəti dövründə (e.ə. IVəsr) salınmış
yollardan biri indi də
istifadədədir.
Antik abidələr Romaya özünəməxsus və təkrarolunmaz görünüş verir. Müasir Romanın görkəmini,
əsasən XV-XVIII əsrlərin tarixi - memarlıq abidələri müəyyənləşdirir. Romanın mərkəzi sayılan
Venetsiya
meydanında II Viktor Emrnanuilin (XIX əsr) möhtəşəm abidəsi ucalır. Bütün baş magistrallar və küçələr bu
meydandan şaxələnirlər. Saraylar və böyük binaların yerləşdiyi küçələr, daş pillələr düzülmüş dar küçələrin və
dalanların olduğu qədim məhəllələrlə əvəz olunur.
Roma nadir, yüksək bədii tərtibatlı fəvvarələr şəhəridir. Onların arasında Bernininin layihəsi əsasında
tikilmiş məşhur Tveri fəvvarəsi xüsusilə seçilir. Şəhərə gələn əcnəbi turistlər xatirə olaraq bu fəvvarənin
hovuzuna xırda pul sikkələri atırlar. Romanın park və bağları arasında, Villa Barqoze parkı diqqəti cəlb edir.
Burada dahi italyan heykəltaraş və rəssamlarının əsərləri toplanmışdır. Bernininin "Appolon və Dafna"
əsəri
(XVII əsr) bu parka gələnləri heyran edir.
İtaliya paytaxtı sakinlərinin əksəriyyəti, yay aylarında ən yaxın kurortların (Fümiçino və Lido-di Roma)
yerləşdiyi Tirren dənizi sahillərində istirahət etməyə üstünlük verirlər. Bu iki kurortun arasında, Tibr çayı
sahilində ölkənin mühüm turizm mərkəzi olan Ostiya-Antika yerləşir. Herodotun göstərdiyinə görə, e.e. X əsrdə
şərqdən üzüb gələn etrusklar məhz bu sahilə çıxmışlar. Onlar həmin bölgədə yaşayan digər qəbilələri sıxışdırıb
çıxarmış, Appenin yarımadasının içərilərinə doğru irəliləmiş
və göllərin sahillərində, məhsuldar ərazilərdə
məskunlaşmışlar.
Dostları ilə paylaş: