-dəstlərə daxul olan elementlərin keyfiyyətinin aşağı olması;
-sistemin elementlərinin xidməti müddətinin başa çatması;
-müxtəlif xarici amillərin təsiri.
TS müxtəlif nasazlıqların başlaması aşağıdakı əlamətlərlə müşayət olunur:
-tormozlama zamanı düzxətli hərəkətdən meyllənmələr;
-tormoz pedalının gedişinin artması;
-tormozlama zamanı pedala təsir qüvvəsinin azalması;
-tormozlama zamanı pedala təsir qüvvəsinin artması;
-tormozlama zamanı pedalın titrəyişləri;
-çəndə tormoz mayesinin sviyyəsinin aşağı olması.
TS vəziyyətinə nəzarəti asanlaşdırmaq üçün avtomobilin konstruksiyasında
müxtəlif vericilərdən istifadə olunur. Onların ölçmələrinin nəticələri cihazlar
lövhəsinə çıxarılır.
Müasir avtomobillərdə TS-də aşağıdakı siqnal lampalarından istifadə edilir:
-tormoz mayesinin aşağı səviyyəsi;
-tormoz qəliblərinin yeyilməsi;
-ABS sisteminin nasazlıqları;
-ESP sisteminin nasazlıqları.
Pnevmatik intiqallı TS-də
ən çox rast gəlinən nasazlıqlardan biri tormoz
siste-
minin hermetikliyinin pozulmasıdır. Bunların əsas əlamətləri aşağıdakı kimidir:
-mühərrik söndürüldükdə və tormozların işdən ayrılmış vəziyyətində sistemdə
təzyiqin sürətlə düşməsi;
-sıxılmış havanın tormoz kranından böyük sızmaları;
-tormozlama zamanı sıxılmış havanın tormoz silindrlərindən böyük sızmaları;
-mühərrik söbdürüldükdə və tormozların işə salınmış vəziyyətində sistümdə
təzyiqin sürətlə düşməsi.
Avtomobilin yana çəkməsi kimi nasazlığın əsas səbəblərinə aşağıdakılar aid-
dir:
-bir və ya bir neçə təkərin tormozlanmaması (friksion üzlüklərin onların üzərinə
74.
düşən yağlardan “yağlanması” və ya polad boruların əzilmə nəticəsində tıxanması);
-tormoz pedalının buraxılmış vəziyyətində təkərlərdən birinin tormozlanması
(tormoz qəlibi ilə tormoz barabanə arasında boşluğun olmaması və ya kiçik olması,
qəliblərin dartıcı yaylarının zəifləməsi).
Dostları ilə paylaş: