2. Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi metodları.
Bu me-
todlar tələbələrin şüurunda düzgün elmi anlayışların yaradılması və qanunların dərk
62
edilməsi məqsədi güdür. Bu qrup metodlara müəllimin şərhi, müsahibə, diskussiya,
məntiqi metodlar, kitab üzərində iş metodları, problem-axtarış metodları daxildir.
Müəllimin şərhi metodu
müəyyən faktı, hadisəni, anlayış və qanunauyğunluğu
şifahi şəkildə tələbələrə çatdırmaq metodudur. Bu metod az vaxtda daha çox
informasiya verməyə imkan yaradır.
Müəllimin şərhi
üç növdə
olur: nəql, izah, mühazirə.
Müəllimin şərhi öz xarakterinə görə məlumatverici və problem şəklində olur.
Məlumatverici şərh hazır informasiya verməyi nəzərdə tutur. Problem şərh isə tələ-
bələri düşündürməyə xidmət edir: bu zaman müəllim mövzu üzrə müəyyən prob-
lemlər irəli sürür, ya özü, ya da tələbələrin iştirakı ilə onları həll edir.
Şərhin səmərsi üçün müəyyən
şərtləri
gözləmək lazımdır:
şərhin məzmunu (müəllimin danışığı) elmi və sistemli olmalı, tələbələrin anlama
səviyyəsinə müvafiq gəlməlidir; fikirlər aydın və anlaşıqlı olmalı, sübut edilməlidir;
nəzəri biliklər həyatla əlaqələndirilməlidir; şərh zamanı tələbələrin fəallığı təmin
edilməlidir (qeydlər aparmaq, diskussiya elementləri və s.).
Müsahibə metodu
sual-cavab deməkdir. Müsahibə, əsasən, iki növdə olur:
evristik və təkrarlama müsahibəsi.
Evristik müsahibə
(“evrika” yunanca “tapdım” deməkdir) yeni qaydanı, qanu-
nauyğunluğu sualların köməyi ilə tələbələrə tapdırmaq metodudur. Evristik metodda
sualların köməyi ilə müvafiq faktlar təhlil olunur və nəticələr çıxarılır.
Müsahibə zamanı sualların düzgün qoyulması mühüm şərtdir. Sualın qoyuluşu
müəyyən
tələblərə
cavab verməlidir: a) sual konkret və aydın olmalıdır; ümumi xa-
rakterli sual aydın olmur (məsələn, “S.Vurğun haqqında nə deyə bilərsən?”); b) sual
düşündürücü olmalıdır; “hə” və “yox” cavabı tələb edən sual (məsələn, “Metallar
istidən genişlənirmi?”) tələbələri düşündürmür; c) sual yığcam olmalıdır; iki və çox-
mərtəbəli sual (məsələn, “İsim nədir, o, hala və şəxsə görə necə dəyişir?”) vermək
düzgün deyildir: belə sual yaxşı yadda qalmır və cavaba mənfi təsir göstərir; d) yanlış
və çaşdırıcı suallar vermək olmaz. Belə suallar (məsələn, “Ay Günəşdən neçə dəfə
böyükdür?”) tələbələrin təfəkkürünü səhv yola sövq edir və müəllimin biliyi haqda
onlarda şübhə yarada bilər.
Müsahibə metodunun
təşkilində müəyyən qaydanı gözləmək lazımdır
: sual tək-
tək tələbəyə yox, qrupa verilir və istənilən tələbədən soruşulur. Cavab səhv və ya
qeyri-dəqiq olarsa, səhv cavab tələbənin özünə, ehtiyac olduqda isə digər tələbələrə
düzəltdirilir, cavab yenə təminedici olmasa, müəllim özü izah edir.
63
Müsahibənin bir forması da diskussiyadır.
Dostları ilə paylaş: |