Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə45/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   41   42   43   44   45   46   47   48   ...   118
Albizia julibrissin 
31,0±1,5 
27,0±1,3 
24,0±1,2 

 Alnus subcordata 
30,0±1,5 
26,0±1,3 
24,0±1,2 
3  
Buxus hyrcana 
26,0±1,3 
23,0±1,1 
22,0±1,1 
6  
Celtis caucasica 
32,0±1,6 
26,0±1,3 
24,0±1,2 
4  
Colutea komarovii 
31,0±1,5 
26,0±1,3 
24,0±1,2 
6  
Cotoneaster saxatilis 
25,0±1,2 
24,0±1,2 
23,0±1,1 
7  
Diospyros lotus 
29,0±1,4 
27,0±1,3 
25,0±1,2 
8  
Euonymus velutina 
31,0±1,5 
30,0±1,5 
26,0±1,3 
9  
Ficus hyrcana 
30,0±1,5 
27,0±1,3 
25,0±1,2 
10   Gleditsia caspica 
31,0±1,5 
27,0±1,3 
24,0±1,2 
11   Ilex hyrcana 
26,0±1,3 
23,0±1,1 
22,0±1,1 
12    Padus avium 
32,0±1,6 
29,0±1,4 
27,0±1,3 
13   Parrotia persica 
27,0±1,3 
26,0±1,3 
24,0±1,2 
14  Platanus orientalis  
31,0±1,5 
24,0±1,2 
23,0±1,1 
15  Punica granatum 
33,0±1,6 
27,0±1,3 
24,0±1,2 
16  Pistacia mutica  
32,0±1,6 
29,0±1,4 
26,0±1,3 
17  Populus hyrcana 
31,0±1,5 
28,0±1,4 
25,0±1,2 
18  Pterocarya pterocarpa 
30,0±1,5 
27,0±1,3 
24,0±1,2 
19  Pyracantha coccinea 
31,0±1,5 
26,0±1,3 
23,0±1,1 
20  Pyrus boissieriana 
32,0±1,6 
28,0±1,4 
26,0±1,3 
21  Pyrus grossheimi 
32,0±1,6 
27,0±1,3 
25,0±1,2 
22  Pyrus hyrcana 
31,0±1,5 
27,0±1,3 
24,0±1,2 
23  Pyrus salicifolia  
33,0±1,6 
29,0±1,4 
27,0±1,3 
24  Quercus araxina 
30,0±1,5 
28,0±1,4 
25,0±1,2 
25  Quercus castaneifolia 
31,0±1,5 
28,0±1,4 
25,0±1,2 
26  Staphylea colchica 
31,0±1,5 
27,0±1,3 
26,0±1,3 
27  Zelkova carpinifolia 
32,0±1,6 
28,0±1,4 
26,0±1,3  
 
Aparılan  müşahidələr  nəticəsində  məlum  olmuşdur  ki,  isti  günlərdə  tədqiq  olunan  nadir 
bitkilərin  bəzilərinin  yarpaqlarında  (Staphylea  colchica,  Diospyros  lotus,  Corylus  colurna,  Alnus 
subcordata  və  s.)  yanıqlar  əmələ  gəlir.  Bu  yanıqlar  əvvəlcə  yarpağın  kənarlarından  başlayır  və 
yarpağın ortasına doğru irəliləyir. Sonradan bütün yarpaq ayasını əhatə edir, bundan sonra yarpaq 
düşür. 2007-ci ilin iyul ayında istiliyin 35-40°C arasında olması ilə əlaqədar yarpaqlarda  yanıqların 
əmələ gəlməsi müşahidə edilmişdir.  
Tədqiq olunan  bitkilərin  istiyə davamlılığını öyrənmək üçün    Axmatov  metodunu [7]
 
əsas 
götürərək, termos  qablarından  istifadə  edilmişdir  (cədvəl  3).  Aparılan  təcrübələrin  nəticəsi  olaraq 
öyrənilən bitkilər yarpaqlarının istiliyə davamlılığına görə  3 qrupa bölünmüşdür. 
1.
 
daha çox davamlı olanlar (54-56°C)  – Danaea racemosa (L.) Moench., Buxus colchica 
Pojark., Buxus hyrcana Pojark., Calligonum bakuenseCalligonum aphyllum, Euonymus 
velutina,  Ficus  hyrcana  Grossh.,  Juniperus  foetidissima,  Punica  granatum,  Pistacia 
mutica, Pyracantha coccinea (L.) Roem., Populus hyrcana, Ruscus hyrcanus Woronow., 
Zelkova carpinifolia (Pall.) C.Koch.;  
2.
 
Orta dərəcədə davamlı olanlar (52°C)  – Corylus  colurna, Cotoneaster  saxatilis Pojark., 
Celtis caucasica, Celtis taurnefortii, Diospyrоs lotus, Gleditsia caspica Desf., Crataegus 
pontica,  Laurocerasus  officinalis  M.Roem.,  Padus  avium  Mill.,  Parrotia  persica


Platanus orientalis, Pyrus boissieriana Buhse., Pyrus grossheimi, Pyrus hyrcana, Pyrus 
salicifolia,  Pterocarya  pterocarpa,  Quercus  castaneifolia  C.A.Mey.,  Quercus  araxina, 
Staphylea colchica;  
3.
 
aşağı  dərəcədə  davamlı  olanlar  (48-50°C)  –  Albizia  julibrissin,  Alnus  subcordata, 
Castanea sativa, Hedera pastuchowii Woronow..  
Tədqiqatlar  göstərmişdir  ki,  öyrənilən  bitkilərin  yarpaqları  48-56°
 
arasında  olan  istilikdən 
zərər  görür.  Aparılan  analizlərin  nəticəsindən  məlum  olmuşdur  ki,  bitkilərin  istiliyə  davamlılığı 
onların bioloji xüsusiyyətlərindən asılıdır. Bu baxımdanda tədqiq olunan bitkilər  ех situ şəraitində 
istiliyə və quraqlığa qarşı bir-birlərindən fərqli xüsusiyyətlər göstərirlər. 
 
                                                                                                                                  Cədvəl 3 
İstiliyin tədqiq olunan bitkilərin yarpaqlarına letal təsiri 
 
 
№ 
 
Növ 
 
Letal temperatur, ° C  



1  
Albizia julibrissin 
50,0±2,5 
2  
Alnus subcordata 
48,0±2,4 
3  
Buxus colchica 
54,0±2,7 
4  
Buxus hyrcana 
54,0±2,7 
5  
Calligonum aphyllum 
54,0±2,7 
6  
Calligonum bakuense 
54,0±2,7 
7  
Castanea sativa 
50,0±2,5 
8  
Celtis caucasica 
52,0±2,6 
9  
Celtis taurnefortii 
52,0±2,6 
10   Colutea komarovii 
54,0±2,7 
11 
Corylus colurna 
52,0±2,6 
12 
Cotoneaster saxatilis 
52,0±2,6 
13 
Crataegus pontica 
52,0±2,6 
14 
Danaea racemosa 
56,0±2,8 
15 
Diospyrоs lotus 
52,0±2,6 
16 
Euonymus velutina 
54,0±2,7 
17 
Ficus hyrcana 
56,0±2,8 
18 
Gleditsia caspica 
52,0±2,6 
19 
Hedera pastuchowii 
50,0±2,5 
20 
Ilex hyrcana 
52,0±2,6 
21 
Juniperus foetidissima 
56,0±2,8 
22 
Laurocerasus officinalis 
52,0±2,6 
23 
Padus avium 
52,0±2,6 
24 
Parrotia persica 
52,0±2,6 
25 
Platanus orientalis 
52,0±2,6 
26 
Punica granatum 
54,0±2,7 
27 
Pistacia mutica 
54,0±2,7 
28 
Populus hyrcana 
54,0±2,7 
29 
Pterocarya pterocarpa  
52,0±2,6 
30 
Pyrus boissieriana 
52,0±2,6 
31 
Pyrus grossheimi 
52,0±2,6 
32 
Pyrus hyrcana 
52,0±2,6 
33 
Pyrus salicifolia 
52,0±2,6 
34 
Pyracantha coccinea 
54,0±2,7 
35 
Quercus araxina 
52,0±2,6 





36 
Quercus castaneifolia 
52,0±2,6 
37 
Rhus coriaria 
52,0±2,6 
38 
Rosa nizami 
52,0±2,6 
39 
Ruscus hyrcanus 
54,0±2,7 
40 
Staphylea colchica 
52,0±2,6 
41 
Taxus baccata  
56,0±2,8 
42 
Vitis sylvestris 
52,0±2,6 
43 
Zelkova carpinifolia 
54,0±2,7 
          
Rütubət – su istiliyə bağlı olaraq qaz, maye və bərk halında ola bilir. Suyun qızması günəş 
istisinin udulması ilə əlaqədardır. Bu qızma ekvator və ya buna yaxın bölgələrdə daha yüksək olur. 
Su həyat üçün lazım olan ən vacib maddədir. Çünki bütün fizioloji hadisələr  su olan şəraitdə baş 
verir. Eyni zamanda suyun ekoloji əhəmiyyəti bitki örtüyünün formalaşması baxımından vacibdir. 
Bildiyimiz  kimi,  bir  bitki  yarpağı  bir  gündə  öz  ağırlığından  bir  neçə  dəfə  çox  su 
buxarlandırır və bitkinin bir vegetasiyası dövrü ərzində öz ağırlığından bir neçə yüz dəfə çox olur. 
Əgər  bitkiyə  lazım  olan  suyun  miqdarı,  torpaqda  olan  suyun  miqdarından  çoxdursa,  bu  zaman 
bitkidə olan suyun miqdarı azalır və bitkinin böyümə və inkişafı zəifləyir [2].
 
 
Bitkilərdə suyun ekoliji əhəmiyyətini tam mənada başa düşmək üçün bitkilərin su tələbatını, 
su mənbəyini, suyun bitkilər tərəfindən alınmasını və su ehtiyacına görə bitkilərin təsnif edilməsini 
bilmək vacib məsələlərdəndir. Suyun təxminən 0,005%-ə qədəri davamlı olaraq dövr edir. 
Bitkilərin  suya  olan  ehtiyacı  2  səbəbdən  ortaya  çıxır  və  bu  səbəbələr  də  bir  neçə  qollara 
ayrılır. Bu səbəblərdən birincisi atmosferdir. Bildiyimiz kimi, atmosferin də işıq, istilik, nəm kimi 
amilləri var. İkinci səbəb, bitkinin özüdür. Hər bir bitkinin bioloji xüsusiyyətlərinə uyğun ağızcıq və 
kutikula qurluşu, kök və gövdə arasında əlaqə və köklərin inkişaf sürəti kimi uyğunlaşmaları vardır. 
Bütün bunlar bitkilərin su buxarlanmasına təsir edən amillərdəndir.  
Nəmli şəraitdə bitən bitkilərdən fərqli olaraq quraq bölgələrdə 2 növ uyğunlaşma əlamətləri 
vardır. Birinci,  bitkilərdə turqor halının qorunması, ikinci bitkilərin susuzluqdan quruma sırasında 
canlılıqlarının  qorunmasıdır.  Bu  baxımdan,  quraq  şəraitlərdəki  bitkilərdə  bir  sıra  xüsusiyyətlər 
meydana gəlir. Belə bitkilərdə kök sistemi yaxşı inkişaf edir, gövdə və yarpaqlar kiçilir, dəri şəkilli 
olub, mum və ya tüklərlə örtülü olur.  
Yuxarıda qeyd edilənlərlə yanaşı bitkilərin fizioloji xüsusiyyətlərində bir sıra uyğunlaşmalar 
əmələ gəlir. 
Ex situ şəraitində 4 növ nadir ağac və kol bitkilərinin 10 gündən bir 10- 20-30 litr su vermək 
şərti  ilə  yeraltı  və  yerüstü  orqanlarının  inkişafı  öyrənilmişdir  [1].  Alınan  quru  maddələrin 
toplanması nəzarət bitkilərə nisbətən növdən asılı olaraq 2,4-6 dəfə artıq olmuşdur.  
Tərəfimizdən  tədqiq  olunan  bitkilər  suya  olan  ehtiyacına  görə  5  müxtəlif  qruplara 
bölünmüşdür (cədvəl 4).  
 
Cədvəl 4 
 
Azərbaycanda nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin suya təlabatına görə 
qruplaşdırılması 
 
№ 
Növ 
Qruplar 
hiqrofit 
mezofit 
kserofit 
mezokserofit 
kseromezofit  







1  Albizia julibrissin 
 

 
 
 
2  Alnus subcordata 

 
 
 
 
3   Buxus colchica 
 

 
 
 
4   Buxus hyrcana 
 

 
 
 
5   Calligonum aphyllum 
 
 

 
 


1                  2 





6   Calligonum bakuense 
 
 

 
 
7   Castanea sativa  
 

 
 
 
8   Celtis caucasica 
 
 

 
 
9   Celtis taurnefortii 
 
 

 
 
10   Colutea komarovii 
 
 

 
 
11   Corylus colurna 
 

 
 
 
12   Cotoneaster saxatilis 
 

 
 
 
13   Crataegus pontica 
 
 

 
 
14   Danaea racemosa 
 

 
 
 
15   Diospyros lotus 
 

 
 
 
16   Euonymus velutina 
 
 
 
 

17   Ficus hyrcana 
 

 
 
 
18   Gleditsia caspia 
 

 
 
 
19   Hedera pastuchowii 
 

 
 
 
20   Ilex hyrcana 
 

 
 
 
21   Juniperus foetidissima 
 
 

 
 
22   Laurocerasus officinalis 
 

 
 
 
23  Padus avium 
 

 
 
 
24  Parrotia persica 
 

 
 
 
25  Platanus orientalis 
 

 
 
 
26  Punica granatum 
 
 
 
 

27  Pistacia mutica 
 
 

 
 
28  Populus hyrcana 
 

 
 
 
29  Pterocarya pterocarpa  

 
 
 
 
30  Pyracantha coccinea 
 
 
 

 
31  Pyrus boissieriana 
 

 
 
 
32  Pyrus grossheimi 
 

 
 
 
33  Pyrus hyrcana 
 

 
 
 
34  Pyrus salicifolia 
 
 

 
 
35  Quercus araxina 
 
 

 
 
36  Quercus castaneifolia 
 

 
 
 
37  Rhus coriaria 
 
 

 
 
38  Rosa nizami 
 

 
 
 
39  Ruscus hyrcanus 
 

 
 
 
40  Staphylea colchica 
 

 
 
 
41  Taxus baccata  
 

 
 
 
42  Vitis sylvestris 
 

 
 
 
43  Zelkova carpinifolia 
 
 
 

 
          
Öyrənilən  bitkilərdən  2  növü-  Alnus  subcordata  və  Pterocarya  pterocarpa  hiqrofit  –  eyni  nəmli 
yerlərdə yaşayan qrupa daxil olmuşlar. Həmin bitkilərə təbiətdə su kənarlarında rast gəlinir.  
Mezofit  –  eyni  su  ehtiyacı  orta  dərəcədə  olan  qrupa  26  növ  bitki  daxil  olduğu  müəyyən 
edilmişdir.  Bu  butkilərdən  Buxus  hyrcana,  Buxus  colchica,  Castanea  sativa,  Corylus  colurna
Danaea  racemosa,  Ficus  hyrcana  və  s.  göstərmək  olar.  Mezofit  qrupuna  daxil  olan  növlərdə  kök 
sistemi, gövdə və yarpaqları yaxşı inkişaf etmişdir.  
Kserofit – su ehtiyacı az olan qrupa isə 11 növ – Colutea komarovii, Calligonum bakuense
Celtis caucasica, Celtis taurnefortii, Crataegus pontica, Rhus coriaria və s. bitkilər daxil olmuşlar. 
Apardığımız  müşahidələr  nəticəsində  məlum  olmuşdur  ki,  bu  bitkilər  quraqlıq  bölgələrdə 
yayılmışlar.  
Aparılan  təcrübələr  göstərmişdir  ki,  Euonymus  velutina,  Punica  granatum  kseromezofit, 


Pyracantha coccinea və Zelkova carpinifolia isə mezokserofit qrupa daxildirlər.  
Tədqiqat  işləri  göstərmişdir  ki,  suya  olan  tələbatına  görə  tədqiq  olunan  nadir  və  nəsli 
kəsilməkdə olan ağac və kol bitkiləri müxtəlif tələbata malik olduqlarından ekoloji xüsusiyyətlərinə 
uyğun olaraq Azərbaycanın müxtəlif bölgələrində fərqli bitki qruplarında öz yerlərini tapmışlar.  
Edafik və oroqrafiq amillər – Torpaq bitki köklərinin inkişaf etdiyi və bərkidildiyi, üzvi və 
qeyri-üzvi maddələrin olduğu yerin münbit üst qatıdır. Bitki kökləri ilə torpaq arasında sıx bir əlaqə 
vardır.  Bitkinin  kökləri  və  kök  telləri  torpaqda  geniş  yayılır  və  kökün  əsas  kütləsi  torpağın  üst 
hissələrində daha çoxdur. Bu sıx əlaqə səbəbindən bitki ilə torpaq bir-birinə qarşılıqlı təsir edir.  
 Torpaq, ana süxurlar və torpaq qatları edafik amillərdir. Bitkilər torpaqdakı mineral duzları 
suda həll olmuş halda qəbul edir. Suyun isə bitkilərə daxil olması torpağın fiziki xassələrindən çox 
asılıdır.  Bu  ilk  növbədə  torpağın  mexaniki  qurluşundan  asılı  olaraq  dəyişə  bilər.  Gilli  torpaqlar 
bitkiyə  suyu  çətinliklə  buraxır,  ancaq  suyu  özündə  çox  saxlayır.  Bu  tip  torpaqlarda  köklər  yaxşı 
inkişaf etmir. 
Dənəvər qurluşlu torpaqlara su  və  hava asanlıqla daxil olur. Bu torpaqlarda kapilyarlıq az 
olduğu üçün torpaq suyu uzun müddət saxlaya bilir.  
Tədqiqat  bitkiləri  Azərbaycanın  bütün  bölgələrində  yayıldığı  üçün  həmin  bitkilər  çox  tipli 
torpaqlarda yayılmışlar.  
Məlumdur  ki,  temperatur  və  illik  yağıntının  miqdarı  torpağın  keyfiyyətini  dəyişdirən 
amillərdəndir.  Azərbaycanda  torpağın  zonalara  bölünməsi  və  həmçinin  bitki  örtüyü  bu  sahələrin 
dəniz səviyyəsindən olan hündürlüyünə görə də dəyişə bilir. Torpağın keyfiyyətinin dəyişməsinə bir 
sıra  amillər  –  o  cümlədən,  relyef,  iqlim,  torpağın  yaşı,  ana  süxurun  xüsusiyyətləri,  torpağın  bitki 
örtüyü, torpaqda olan canlılar və insan fəaliyyəti təsir edir. 
Naxçıvan MR-da kəskin-kontinental iqlim hökm sürür. Bu bölgədə meşə zonası çox cüzi var 
və  ya  demək  olar  ki  yoxdur.  Odur  ki  burada  torpağın  zonalalara  bölünməsinə  demək  olarki  rast 
gəlinmir.  
Lənkəran  rayonunda  dağlıq  bölgə  ilə  düzənlik  arasında  torpaq  tipləri  arasında  fərq  kəskin 
görünür.  Belə  ki,  dəniz  səviyyəsindən  1600-1800  m  yüksəkliklərdə  olan  torpaqlar  şabalıdı,  daha 
aşağı  dağ  qurşaqlarında  boz  və  sarı  torpaqların  olduğu  müşahidə  edilir.  Bunun  əsas  səbəbi  bu 
bölgənin  relyef  xüsusiyyətləri  ilə  əlaqədardır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  temperatur  torpağın 
keyfiyyətini  və  rəngini  dəyişdirir.  Azərbaycanın  dağlıq  qurşaqlarında,  cənub  yamaclarda  olan 
torpaqlar az humuslu, daşlı-quru torpaqlardır. Lakin, şimal tərəfdə olan torpaqlar isə az günəş düşən 
və humusla zəngin olan torpaqlardır. Tədricən soyuq iqlimi olan bölgələrə getdikcə torpağın rəngi 
tündləşir.  
Tədqiqat  materialının  bir  hissəsinin  yayıldığı  Abşeron  yarımadasında  isə  Xəzər  dənizi 
sahilləri  və  Kür-Araz  ovalığında  boz  torpaqlar  hakimdir.  Bu  torpaqarda  humusun  miqdarı  2%-ə 
qədərdir.  
Azərbaycanın dağətəyi bölgələrində dəniz səviyyəsindən 200-1000 m yüksəkliklər arasında 
şabalıdı torpaqlara rast gəlinir. İqlim amillərinin dəyişməsi bu torpaqların keyfiyyət dəyişmələrinə 
səbəb olur. Belə ki, quru  iqlimi olan  yerlərdə açıq-şabalıdı torpaqlar, bir qədər  nəmli  yerlərdə  isə 
şabalıdı  və  tünd  şabalıdı  torpaqlara  rast  gəlinir.  Belə  torpaqlar  Azərbaycanın  qərb  hissəsində  və 
Yuxarı  Qarabağda  vardır.  Bu  tipdə  olan  torpaqlarda  quru-çöl  bitki  örtüyünə  uyğun  bitki  qrupları 
yayılmışdır.  
Bəzi yerlərdə isə qonur karbonatlı torpaqlara da rast gəlinir. Bu isə onu göstərir ki, əvəllər 
burada meşə sahələri olmuşdur.  
Tədqiq  olunan  bitkilərin  əksəriyyəti  dağ  qaratorpaq  və  qonur  dağ  meşə  torpaqlarında 
yayılmışlar. Bu torpaqlara Talış bölgəsində dəniz səviyyəsindən təxminən 700-1200 m yüksəkliklər 
arasında  rast  gəlinir.  Belə  torpaqlarda  Buxus  hyrcana,  Ilex  hyrcana  Pojark.,  Diospyros  lotus, 
Pterocarya  pterocarpa,  Zelkova  carpini-folia,  və  s.  bitkilərin  olduğu  müşahidə  edilir.  Dağ-meşə 
qonur torpaqları dəniz səviyyəsindən 1100-2300 m yüksəkliklər arasında rast gəlinir. Burada əsasən 
palıd,  vələs,  fəsdıq  meşələri  hakimdir.  Bu  meşələrdə,  Pyrus  boissieriana,  Pyrus  grossheimi,  Pyrus 
hyrcanaEuonymus velutina, Pterocarya pterocarpa, Zelkova carpinifolia kimi nadir bitki növlərinə 
rast gəlmək mümkündür.  


Talış bölgəsində cənub və qərb tərəflərdə qonur torpaqlara rast gəlinir. Bu torpaqlar yarınəm 
subtropik  iqlimin  təsiri  ilə  formalaşmış  və  burada  azad  ağacı,  şabalıdyarpaq  palıd  kimi  nadir 
bitkilərin qarışıq meşəliklərinə rast gəlinir. 
Qonur  torpaqları  olan  bölgələrdən  cənuba  doğru  irəlilədikcə  aşağı  dağ  ətəklərində  və 
düzənliklərində sarı torpaqların olduğu müşahidə edilir. Bu torpaqlarda Hirkan tipli elementlərin, o 
cümlədən  Quercus  castaneifolia,  Albizia  julibrissin,  Alnus  subcordata,  Parrotia  persica,  və 
Pterocarya pterocarpa-nın yayıldığı müşahidə edilmişdir. 
Tərəfimizdən  müəyyən  edilmişdir  ki,  Azərbaycan  florasına  aid  nadir  və  nəsli  kəsilməkdə 
olan  ağac  və  kol  bitkiləri  öz  bioekoliji  xüsusiyyətlərindən  asılı  olaraq  müxtəlif  tipli  torpaqlarda 
yayılmışlar.  
 Hər  hansı  bir  ərazinin  dik  və  ya  düz,  dalğalı,  təpəlikli  olması  relyefə  daxil  olan 
məsələlərdəndir. Relyef bitkilərin yayılmasına az da olmuş olsa təsir edir. Belə ki, çox dik sıldırımlı 
yamaclarda  relyef  bitkilərin  daha  yuxarı  çıxmasına  mane  olur.  Relyefin  bitkilərə  təsiri  dolayı 
yollarla baş verir. Eyni, relyef iqlim amillərini qismət dəyişdirə bilir, bu amillər isə öz  növbəsində 
bitki  örtüyünü  dəyişdirir.  Relyefin  çox  kəskin  olması  bitkilərə  bir  о  qədər  güclü  təsir  etdiyinin 
göstəricisidir.  3  tip  makro-,  mezo  və  mikro-relyefin  mövcudluğunu  nəzərə  alsaq  tədqiq  olunan 
bitkilərin  əksəriyyətinin  makro  və  mezo  relyefdə  yayıldığı  aydın  olmuşdur.  Makrorelyef  dağlar, 
mezo dərələr, qobular, çökəkliklər və çay kənarları başa düşülür. Mikrorelyef isə səhra, yarımsəhra 
və bozqırlardakı kiçik təpəliklər olan sahələrdir.  
Aparılan  müşahidələr  göstərmişdir  ki,  Ilex  hyrcana,  Buxus  hyrcana,  Buxus  colchica
Euonymus velutinaCorylus colurna, Quercus araxina, Quercus castaneifolia, Padus aviumTaxus 
baccata  L.  və  s.  bitki  növləri  makrorelyefdə,  Alnus  subcordata,  Platanus  orientalis,  Danaea 
racemosa,  Pyrus boissieriana,  Pyrus grossheimi,  Ficus hyrcana,  Gleditsia  caspia  və  s. kimi  nadir 
bitki növləri mezorelyefdə yayılmışdır.  
Tədqiqatlarımız göstərmişdir ki, öyrənilən bitkilərin areallarının daralmasına relyefin elə bir 
böyük  təsiri  yoxdur.  Sadəcə  relyefin  dəyişməsi  iqlim  amillərinin  qismən  dəyişməsinə  səbəb  olur. 
İqlim amilləri isə bitki örtüyündə yerdəyişməsinə səbəb olur [3,4,14]. 
 Beləliklə tərəfimizdən ilk dəfə olaraq tədqiqat obyektinə aid bitkilərin abiotik amillərə qarşı 
münasibəti  öyrənilərək,  analiz  edilmiş  və  aparılmış  tədqiqat  işlərinin  yekunundan  belə  nəticəyə 
gəlinmişdir  ki,  öyrənilən  nadir  və  nəsli  kəsilməkdə  olan  bitkilərin,  ekoloji  baxımdan  işığa 
münasibətinə  görə  31  növü  işıqsevən,  12  növü  kölgəsevəndir.Eyni  zamanda  istiliyə  münasibətinə 
görə 16 növü yüksək (54-56ºC), 23 növü orta (52ºC), 4 növü isə aşağı (48-50ºC) dərəcədə davamlı 
olanlar; suya olan ehtiyacına görə 26 növü mezofit, 11 növü kserofit, 2 növü mezokserofit, digər 2 
növü kseromezofit, daha 2 növü isə hiqrofit olmaqla Azərbaycanın müxtəlif bölgələrində fərqli bitki 
qruplarında öz yerlərini tapmış və
 
in situ şəraitində dağ qaratorpaq və qonur dağ-meşə torpaqlarında 
yayılmışlar. 
 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin