Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi


NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə79/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   75   76   77   78   79   80   81   82   ...   118
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ 
 
Aparılan fenoloji müşahidələr zamanı statistik analizlərin arasındakı fərqlər  çox kiçik ölçüdə 
olub.  Yalnız    Pistacia  mutica    növündə  boyatmanın  dayanması  və  yarpaqlanma  fazaları  üçün  bu 
kəmiyət  2-8  günə  qədər  olub.Fenoloji  müddətlərin  daha  çox  dəyişkənliyi  də  məhz  bu  2  fenofaza 
üçün  səciyyəvidir:orta  kvadratın  kənara  çıxmalar  42-80  gün  olub.  Digər  fenofazalar  üçün  bu 
kəmiyyət  xeyli  az  olub  (I-20  gün).  Aparılan  tədqiqatlardan  məlum  olmuşdur  ki,  öyrənilən  bu 
növlərin mövsumi inkişaf ritmi özünəməxsus xususiyyətlərə malikdir. Müşahidələr qöstərmişdir ki,  
Cercıs  siliquastpum    növündə  generativ  tumurcuqların  əmələ  gəlməsi  daha  tez  (30. IV)  baş  verir, 
digər  növlərdə  isə  bu  10-15  gün  gec  olur.  Frangula  alnus    növündə  bu  tumurcuqların  açılması 
(12.III),  Colutea  arborescens,  Grataegus  pentagyna,  növündə  isə  (10.IV)  10-25  gün  gec  olur. 
Zoxların  xətti  boyatması  vegetativ  tumurcuqların  (1-III),20-25  gün  sonra  baş  verir.  Grataegus 


 
 
 
pentagyna,  Pistacia  mutica  növlərində  10  gün  qabaq  (20.II)baş  verir.  Zoxların  gövdəsinin 
mantarlaşması ən erkən Colutea arborescensPistacia mutica, Franqula alnus  növlərində 1.VI və 
ya  digər  növlərdə  10-20  gündən  gec  baş  verir.Yarpaqların  inkişafı  ən  tez  (10.V)  Pistacia  mutica
Crataegus pentagyna, ən gec  Cotınus coggygria  (21.V)  növlərində  müşahidə edilmişdir.Öyrənilən 
növlərdə  yarpaqlanma  prosesi  iyunda  başa  çatır.Bu  ən  tez  (5.Vl)  Colutea  arborescens,  Frangula 
alnus,  Pistacia  mutica    növlərində  baş    verir.  Digər  növlərdə  bu  fenofaza  (10.VI)  müşahidə 
olunur.Yarpaqların  saralması  ən  tez  (15.IX)  Frangula  alnus  növündə,  digər  növlərdə  isə  1-2 
həfdədən sonra  başlanır.Yarpaq tökümü də ən tez (18.X.)  Rhus cariaria  növündə  başlayır.  Digər 
növlərdə bu 4-25 gündən sonra müşahidə edilir (cədvəl 1). 
Çox  saylı  tədqiqatlar  nəticəsində  aşağıdakı  qanuna  uyğunluqlar  aşkar  edildi.  Zoğların 
mantarlaşması  və  yarpaq tökümü kimi  fenofazalar nə qədər tez başlayıb qurtarırsa,  bitkilərin qışa 
davamlılığı    nisbətən  yüksək  olur.  Buradan  aydın  olur  ki,  öyrənilən  bitkilərdən  şaxtaya    davamli 
Colutea arborescens  və Frangula alnus  növləridir. 
 Zoğlarda genrativ tumurcuqlarının əmələ  
gəlmə  fazası öyrənilərkən bu növlərdə  (10.III) 
baş verir: ən tez tumurcuqlanma Pistacia mutica (20.II.), Frangula alnus  (1.III), ən gec isə colutea 
arborescens (30.III), Cercıs siliquastpum (30.III), Laburnum anagyroides (26.III), növlərdə isə 4-5 
gün gecikir. Ən erkən çiçəklənmə Crataegus pentagynaCercıs siliquastpum növlərində olur. Digər 
növlərdə isə 10-15 gün gecikir. 
  Meyvələrin  əmələ  gəlməsi  ən  gec  (1.IX-10.IX)  Pistacia  mutica,  Crataegus  pentagyna   
növlərində başlayır, digər növlərdə isə 20-25 gün tez baş verir. Aparılan tədqiqatlar göstərir ki, ağac 
və  kol  bitkisinin  öyrənilən  mövsümü  inkişaf  ritmi  xüsusiyyətlərinə  görə  2  qrupa  bölmək  olar. 
İnkişafın  erkən  başlayıb  erkən  qurtaranlar  Frangula  alnus,  Pistacia  mutica,  Cercıs  siliquastpum
Colutea  arborescens    və  gec  başlayıb  gec  qurtaranlar.Bu  zaman  ildən  ilə  bu  fenofaza 
növbələşmələri olduğu kimi qalıb. 
  Bir  sıra  müəlliflərin  tədqiqatlarının  nəticələri  göstərir  ki,  bitkilərin  müxtəlif  növlərinin 
inkişaf xüsusiyyətləri onların ekoloji amillərə qarşı təlabatının müxtəlif  olmasından irəli gəlir.Odur 
ki,  əsas  fazaların  ekoloji  amillərə  tolerantlıq  diapazonunu  müəyyən  edərək  hər  hansı  bir  növün 
yaşadığı mühitə adapdasiya dərəcəsi barədə fikir yürütmək olar [7]. 
  Fenofazalar  başladığı  zaman  ətraf  mühitin  vəziyyətini  analiz  etdikdə  havanın  nisbi 
rütubətinin  atmosfer  yağıntılarının  havadan  asılı  olaraq  dəyişgənliyi  müəyyən  edilib.  Bu  da  əsl 
asılılığın  olduğunu  bir  daha  isbat  edir.Bundan  əlavə,  havanın  temperatur  rejimi  növbəti 
fenofazaların başlanğıcında tədqiq olunan müddət ərzində kifayət qədər stabil olub və müxtəlif növ 
bitkilərdə  bir-birindən fərqlənib. Məsələn, vegetativ tumurcuqlanma öyrənilən növlərdə təxminən 
eyni orta günlük temperaturda ( 5,7-8,5
0
C) başlayır Bu fenofazanın Cercıs siliquastpumLaburnum 
anagyroides  və  Colutea  arborescens  növlərində  başlaması  üçün  daha  yüksək  temperatur  (8,9-
13,0
0
C) tələb olunub.Digər növlərdə  isə  nisbətən daha yüksək temperaturda baş verib (8,9-10,0
0
C) 
(cədvəl 2). 
Zoğların  ən  aşağı  hərarət  göstəriciləri  zamanı  (8,9-10,0
0
C)  xətti  boyatmasının  başlanması 
Rhus  cariaria    və  Crataegus  pentagyna  növlərində  baş  verib.  Digər  növlərdə  bu  fenofaza  yalnız 
yüksək temperatur (10,8-12,1
0
C) olduqda baş verir. Bu fenofaza bütün növlərdə təxminən eyni daha 
soyuq havada (15,7-17
0
C)  başa çatıb. Zoğların gövdəsinin  mantarlaşması öyrənilən növlərdə eyni 
temperatur  (23,8-27,7
0
C)  olduqda  boyatmanın  dayanması,  yarpaqların  inkişaf  etməsi  isə  23,5-
26,7
0
C  temperaturda  baş  verib.  Tökülməkdə  olan  yarpaqların  rənginin  dəyişməsi  əksər  növlərdə 
18,9-21,0
0
C başlayıb. Bütün növlərdə yarpaqlar havanın temperaturu 6,1-8,2
0
C olduqda tökülməyə 
başlayıb.Generativ  tumurcuqların  çırtlaması  və  qönçələnməsi  öyrənilən  növlərdə  müvafiq  olaraq 
4,3-8,7
0
C temperaturda baş verib.  
Meyvələrin əmələ gəlməsi fazası kifayət qədər yüksək   istilik təminatı (25,4-30,2
0
C) zamanı 
baş  verir.  Bu  faza  16,1-21,2
0
C-da  sona  çatır.  Meyvələrin  tökülməsi  9,0-16,0
0
C  temperaturda 
başlayır. 
      Ekoloji amillərlə fenofazaların başlanması arasındakı əlaqənin istiqaməti, forması və gücü 
barədə  fikir  yürütmək  üçün  korrelyasion  analik  aparılıb.  Müyən  edilib  ki,  havada  temperatur 


 
 
 
zoğlarda yarpaqlanma müdətlərinə (r=0,28…0,81) və çiçəklənmənin başlanmasını (r=0,24…0,87), 
atmosfer  yağıntıları  isə  zoğların  mantarlaşması  (r=0,34…0,90)  və  meyvələrin  əmələ  gəlməsi 
(r=0,39…0,80),  qönçələnmə  (r=0,25-0,96)  və  çiçəklənmə  dövrünün  başa  çatmasını  təyin  olunub. 
Yarpaqların rənginin dəyişməsi və meyvələrin yetişməsi fazalarına havanın temperaturu mənfi təsir 
göstərir.  Bitkilərin  introduksiyasının  perspektivliyi  P.İ.  Lapin  və  S.V.Sidnevanın    metodikasına 
əsasən qiymətləndirilib [5]. Bu metodikaya əsasən ən yüksək ballar aşağıda verilib: illik  zoğların 
əmələ gəlmə dərəcəsi 20 bal, qışa davamlılıq 25 bal, habitusun saxlanması 10 bal, zoğların  artım 
müntəzəmliyi  25  bal,  kulturada  5  bal.Tədqiqat  zamanı  öyrənilən  növlər  arasında  introduksiya 
qiymətlərinin fərqi çox azdır (cədvəl 3). Belə ki, zoğlar yalnız  Rhus cariariaCotınus coggygria
Laburnum  anagyroides    növlərində  kifayət  qədər  yetişmir  (12-15  bal).  Digər  növlərdə  onlar 
tamamilə yetişir (20 bal). Qışa davamlılıq yalnız Crataegus pentagynaPistaceae mutica  növlərinə 
20- 22 balla ölçülür. Digər növlərdə bu göstərici 2-5 bal azdır. Habitusun maksimal saxlanılması 10 
bal  və yüksək pöhrələnmə qabiliyyəti 5 bal ölçüdə bütün növlərdə qeyd olunub. Növlər arasında ən 
böyük  fərqlər  reproduksiyanın  inkişafı  ilə  ələqədar  göstəricilərdə  olub.Belə  ki,  yüksək  generativ 
inkişaf qabliyəti (18-20 bal) Cercıs siliquastpumLaburnum anagyroides növlərində qeyd olunub. 
Digər növlərdə meyvə əmələ gəlməsi daha zəif 8-10 balla qiymətləndirilib.Bütün öyrənilən növlər 
kultura şəraitində çoxala bilər.Yuxarıda qeyd edilən göstəricilərə əsasən öyrənilən introdusentlərin 
perspektivliyinə  ümumi  qiymət  verilib:  Cercıs  siliquastpum,  Laburnum  anagyroides,  Pistacia 
mutica,    Colutea  arborescens  çox  perspektivli  (82-95  bal),  digər  növlər  isə  kifayət  qədər 
perspektivli hesab edilib. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin