Açar sözləri: Abşeron yarımadası. Xəzər dənizi sahilləri, bitki örtüyü, süksesya. assosiasiya
Xəzər dənizi sahil hissələrinin bitki örtüyü əsasən su altında qalır və çəkilmə zamanı sahil
zolağını əhatə edən sahələr artır. Bu hadisələrin təsiri ilə bitki örtüyündə mühüm floristik və
fitosenoloji dəyişikliklər baş verir. Bu dəyişikliklər, yeni bitki birliklərinin əmələ gəlməsi və ya
süksesya nəticəsində bir növün digəri ilə əvəz olunması, hətta yox olması ilə nəticələnir.
Xəzər dənizinin qumlu sahillərində ümumillikdə psammofıt bitkilər yayılmışdır. Xüsusilə kollar və
yarımkollar xaraxarakterikdir: Calligonum bakuense Litu. ve C. petunnikowii Litu., Ephedra distachya L., Eleagnus caspica (D.Sosn) A.Grossh., Nitraria schoberi L., N. komarowii İljin et Lava.,
Artemisia arenaria DC., Convolvulus persicus L.. Glycyrrhiza glabra L., Astragalusmembranaceus M.Pop., Astragalus hyrcanus Pal!.. A. bakuensiz Bge.. Medicago coerulea Less. ve M. littoralis Rohde., Elymus giganteus Vahi.. Phragmites comımınis (I..) Trin. [2. 4]
Aparılan araşdırmalar zamanı məlum olmuşdur kiXəzər dənizisahillərinin bitki örtüyü bilavasitə
ətrafı mühitini dəyişdirməsi nəticəsində su səviyyəsi zaman zaman azalması və ilk gələn bitkilər
mühitdən uzaqlaşdıqca artan işıq miqdarının təsiri ilə; Carex, Juncus, Eleocharis cinsinə aid olan
növlərin iştirakı ilə çəmənlər əmələ gəlməyə başlayır.
Bu çəmənlərə Mentha, Temcrium, Caltha, , Eriophomu, kimi bitkilərə qarışmağa başlayır. Bu
bitkilər su və küləklə gətirilən torpağı tutur, bitki artıqlarını toplayır, mühitin suyunu transpivasiyonla
uzaqlaşdırılmasına səbəb olur .Nəticədə quraq klimaksa çatan kol və yarımkol formasyalarının inkişafına səbəb olur. Məqsədimiz gedən bu dəyişiklikləri elmi sürətdə müəyyənləşdirməkdən
ibarətdir.