Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə130/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   126   127   128   129   130   131   132   133   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
69 
 
AZƏRBAYCAN FLORASINDA DAĞRAZYANƏSĠNIN POPULYASĠYA  
STRUKTUTURU VƏ EHTĠYATI 
 
Zülfüqarova P.V., İbadullayeva S.C. 
AMEA Botanika İnstitutu 
 
Məqalədə,  Azərbaycan  florasında  Laser  trilobum  növünün  yayılması,  fitosenoloji 
xüsusiyyətləribarədə  məlumat  verilmişdir.L.trilobum  növünün  demoqrafiq  strukturunun  inteqral 
xarakteristikası  müəyyən  edilmiş,  ontogenezi,  yaş  (böyümə)  və  effektivlik  dərəcəsi  öyrənilmiş, 
populyasiyaları  qiymətləndirilmişdir.  Populyasiyaların  strukturunun  təhlili  zamanı  mühüm 
populyasiya  göstəricisi  olan  bərpaolunma  -  İ
b
  və  qocalma  -  İ
q
  indeksləri  müəyyən  olunmuşdur. 
Ontogenezin    g
1, 
g
2,
  g

fazalarının    çox  olduğu  populyasiyada  məhsuldarlıq  daha  yüksəkdir. 
Ehtiyatının  bolluğu  əsasən  Kiçik  Qafqaz  və  Naxçıvan  MR  florasında  qeydə  alınmışdır  (139,7-
173,9sentner). 
 
Açar  sözlər:  Laser  trilobum,  dağrazyanəsi,    fitosenologiya,  bioloji  ehtiyat,  populyasiya 
strukturu 
 
Laser  Borkh.-Dağrazyanəsinin  (Apiaceae  Lindl.)  Avropada,  ön  Asiyada  və  Qafqazda  3  növü 
məlumdur [8]. Onlardan Üçdilim dağrazyanəsi -   L.trilobum (L.) Borkhnövü Azərbaycan florasında 
geniş yayılmışdır. 
        L.trilobum  çoxillik  çılpaq  bitkidir,  hündürlüyü  150  sm-dir.  Kökətrafı  yarpaqları  iki  dəfə  üçər-
bölümlüdür,  iridir  (2-5  sm  uzun.)  enli-yumurtavaridir,  bütövdür,  üç  pərlidir  və  ya  üçər  ayrılmışdır, 
kənarları təsadüfi iri dişciklidir. Çətirləri uzun saplaqlıdır, 15-20 ədəd olan şüaları müxtəlif ölçülüdür, 
uzunluğu  12  sm-ə  qədər  olur.  Ləçəkləri  ağımtıldır,  meyvələri  uzunsov-ellipsvaridir,  uzunluğu  7-8 
mm-dir. ÇiçəkləməV-VII, meyvə vermə VII-VIII aylarda olur. İberiya coğrafi qrupundandır, ilk dəfə 
Qorqan dağından təsvir edilmişdir. 
       Lazer  trilobum  dərman,  efiryağlı  və  ətirli-ədviyyəli  bitkidir  [1].  Azərbaycan  florasında  onun 
populyasiya strukturu və ehtiyatları barədə indiyədək elmi tədqiqat işi aparılmamışdır. Bitkinin faydalı 
xüsusiyyətlərini nəzərə alaraq populyasiya strukturunun və ehtiyatının öyrənilməsini qarşıya məqsəd 
qoyduq. 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin