Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə289/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   285   286   287   288   289   290   291   292   ...   339
  
Açar  sözlər: Solanum lycopersicum, transkripsiya faktorları,  immunoblottinq, anticism, ERF 
ailəsi, WRKY ailəsi 
 
Bitki  mənşəli  iki  transkripsiya  faktoru  (TF)  ailəsi  ERF  və  WRKY  superailələrin 
nümayəndələrinin  bitkilərin  müxtəlif  stress  amillərinin  təsirinə  cavab  reaksiyasının  hazırlanmasında 
iştirak etmələri eksperimental olaraq təsdiq edilmişdir [14, 15].  
 
ERF transkripsiya faktorlarının müxtəlif nümayəndələri çoxsaylı müxtəlif birləpəli və ikiləpəli 
bitki  növlərində  tapılmışdır.  Bu  ailə  ERF  domenin  sayına  və  tərkib  ardıcıllığına  görə  beş  subailəyə 
ayrılır.  AP2  subailəsinin  zülalları  bitkilərin  inkişafının  müxtəlif  mərhələlərində  əhəmiyyətli  rollara 
malikdirlər [5, 11], DREB və ERF subailələri müxtəlif patogenezə aid  olan (PR), soyuqla induksiya 
olunan  (COR)  və  gecikmiş  embriogenezdə  zəngin  (LEA)  genlərdə  aşkar  olunmuş  cis-requlyator 
ardıcıllığa  birləşən  zülallardırlar  və  onlar  biotik  və  abiotik  siqnallara  cavab  olaraq  bu  genlərin 
ekspressiyanın tənzimləyici mexanizminin bir hissəsini təşkil edirlər [10].  
 
Bitki  mənşəli  digər  TF  superailəsi  WRKY    ailəsidir  və  bu  ailənin  nümayəndələri  bitkilərdə 
müxtəlif  inkişaf  proseslərinin  modulyasiyasında  iştirak  edən  siqnal  sisteminin  tərkib  hissəsinə 
daxildir. WRKY transkripsiya faktorlarının xüsusiyyətini müəyyən edən onların N-sonluğu rayonunda 
DNT birləşdirən domen invariant ardıcıllığa uyğun olaraq WRKY domeni adlandırılır 
[
14
]
. N-sonluq 
rayonunda  yerləşən  WRKY  domeni  təqribən  60  amin  turşu  qalığı  uzunluqda  olub  WRKY 
xüsusiyyətini  özündə  saxlayır;  zülalın  C-sonluğunda  isə  sink-finger  ardıcıllığı  yerləşir.  WRKY 
domenlərin sayına və sink-finger ardıcıllığına  görə bu superailə üç qrupa bölünmüşdür. Onlardan iki 
WRKY  domeninə  və  bir  C-X4-5-C-X22-23-H-X1-H  sink-finger  ardıcıllığına  malik  olanlar  qrup-I 
zülallardır.  Qrup-II  və  III  daxil  olanların  hamısı  bir  WRKY  domeninə  və  uyğun  olaraq  C-X4-5-C-
X22-23-H-X1-H və C-X7-C-X23-H-X1-C bir sink-finqer ardıcıllığa malikdirlər [24]. 
 
Son  15  ilin  tədqiqatları  göstərir  ki,  WRKY  ailəsinə  daxil  olan  zülallar  çox  hallarda  ya 
repressor  ya  da  aktivatorlar  kimi  fəaliyyət  göstərərək  hədəf  genin  transkripsiyasını  tənzimləyirlər, 
beləliklə ailənun müxtəlif üzvləri müxtəlif bitkilərdə mühim bioloji prosesləri repressiya etmək və ya 
fəallaşdırmaqla inkişaf prosesinin tənzimlənməsində mühim rol oynayırlar [4, 13, 14].   
WRKY  faktorların  rolu  bitkilərin  abiotik  amillərə  qarşı  cavab  reaksiyalarının 
tənzimlənməsində  də  öyrənilmişdir.  Tədqiqatlar  göstərmişdir  ki,  WRKY  geni  C3  bitkilərdə  absis 
turşusu  (ABA)  ilə  ötürülən  siqnalın  aktivatorudur  [16,  18].  Düyü  bitkisində  OsWRKY24  və 
OsWRKY45  ABA  ilə  induksiya  olunan  promotorun  repressoru  kimi  fəaliyyət  göstərdiyi  halda 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin