Yüksək duz qatılığına məruz qoyulmuş tomat bitkisinin müxtəlif toxumalarından kök, gövdə,
çiçək, çiçək saplağı, yarpaq, yarpaq saplağı, gövdənin uc meristem zonası və yan tumurcuqlardan
alınmış ümumi zülal fraksiyasının hər birindən 10 μg olmaqla SDS - PAAG elektroforezində
fraksiyalara ayrılmışdır. Ayrılmış zülallar ―Semidray gel transfer‖ cihazı vasitəsi ilə PVDF membrana
köçürüldü. Zülal köçürülmüş PVDF SlERF5 faktorun AP2 domeninə spesifik, ev dovşanı mənşəli
poliklonal anticismlə hibridləşdirildi. Bəndlərin vizualaşdırılması qıtığotu peroksidazasının
konyuqasiya olunmuş sistemdən istifadə edərək həyata keçirildi. Amersham Bioscience (USA)
istehsal etdiyi ―ECL Western Blotting Detection Reagents‖ dəstindən istifadə edərək qıtığotu
peroksidazanın fluoressyensiya edici reaksiyası vizuallaşdırılmışdır.
İstifadə olunan toxumalar arasında kök gövdə, yarpaq və gövdənin uc nahiyəsindən
götürülümüş toxuma hissələrindən ayrılmış zülal fraksiyası SlERF5-spesifik anticismlə kifayət qədər
intensivl hibridləşmə profili göstərmişdir (Şəkil 1). Tədqiq olunan toxumalar arasında çiçək, çiçək
saplağı və aksillar tumurcuqlardan alınan zülal fraksiyası SlERF5-spesifik anticismlə
hibridləşməmişdir.
Məlumdur ki ERF zülal faktorlar bir qayda olaraq etilenlə və digər fitohormonlarla bağlı olan
siqnal sistemində iştirak edən genlərin transkripsiyasını tənzimləyirlər [6, 8, 17]. Zülal
hibridləşməsindən alınan bəndlərin intensivliyinə görə hibridləşmə cavan yarpaqdan və gövdənin uc
meristem toxumasından alınmış zülallarda daha güclüdür. Bu bəndlər göstərilən toxumalarda SlERF5
zülalın intensiv ekspressiyasını tərənnüm edir və bu da həmin toxumalarda etilenin və ya etilen siqnal
yolu ilə (və eləcə də digər fitohormonlarla) əlaqədar olan zülal mediatorların intensiv ekspressiyasını
və ya siqnal sisteminin intensiv funksiyasını nümayiş etdirir.