Geatraceae
Geastrum lageniforme Vitt.
Meyvə cismi açıldıqda 5-8 sm diametrində olur. Ekzoperidi bu zaman təxminən 5-8 sayda ucu iti,
nazik dilimlərə ayrılır. Onun daxili sarı, sonralar tünd-qonur rəngə çalır. Endoperidi şarvari, 2 sm
diametrli, yumşaq, oturaq, sarımtıl qonurdur. Peristom gümüşü lifli kəsiyə malikdir. Sporlar dairəvi,
3-4 μm, sarımtıl-qonur, solğun, zəif-ziyillidir.
Mikoloji herbari: № 1537. Göygöl rayonu, ―Keçəl təpə‖ ətrafında, torpaqdan toplanmışdır.
25.08.1987.
Göstərilən növlər şöbədə saxlanılan təyinat kitablarına əsasən araşdırılmışdır [3, 4].
|