Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə37/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   33   34   35   36   37   38   39   40   ...   339
 
 
Müxtəlif  məqsədlər  üçün  (dərman,  dekorativ,  qida  və  s.)  istifadə  etdiyimiz  bitkilər  bir  çox 
bakteriya  və  göbələklər  üçün  də  əlverişli  bir  substartdir.  Belə  ki,  müxtəlif  göbələklər  özləri  üçün 
əlverişli  olan  bitkilər  üzərində  məskunlaşaraq  sahib  bitkidə  patologiyalar  törədirlər.  Xəstəliyin 
intensiv  inkişafı  bitkinin  və  patogenin  bir-biri  ilə  qarşılıqlı  münasibətindən  (bitkinin 
müqavimətindən), eyni zamanda ətraf mühit şəraitindən asılıdır. Göbələklərin törətdikləri xəstəliklər 
bitkinin  ayrı-ayrı  orqanlarını  yoluxdurmaqla  bitkini  zəiflədir,  sonda  isə  bitkinin  bütünlüklə  məhv 
olmasına səbəb olur. Adətən, patogenin təsiri altında toxumaların quruluş və strukturunun pozulması 
baş verir. Qeyd etmək lazımdır ki, bitkidə gedən fizioloji və struktur pozulmaları onun məhsuldarlıq 
göstəricilərinə böyük təsir edir. Bəzən isə bitkilərin tərkibində olan bioloji fəal birləşmələrin təsiri ilə 
bitki  seçici  xüsusiyyət  göstərib,  konkret  olaraq,  hər  hansı  bir  göbələyin  öz  üzərində  məskunlaşaraq 
patologiya törətməsinə mane olur, yəni antimikotik təsir göstərir.  
 
Yuxarıda  deyilənləri  nəzərə  alaraq,  zəngin  və  faydalı  bitkilər  aləminə  malik  olan  Azərbaycan 
florasının  növlərinin  bu  sahədə  tədqiqinə  ehtiyac  duyulur.  Bu  baxımdan  biz  də  Anthemis  L.  – 
sığırgözü 
cinsinin bəzi növlərini bu istiqamətdə öyrənməyə çalışdıq. 
 
Hal-hazırda 
Anthemis  cinsi  Azərbaycan  florasında  14  növlə  məlumdur.  Növlərinə  arandan 
subalpa  qədər  quru  gilli,  daşlı  və  ovulmuş  yamaclarda,  tarla,  əkin,  bağ  və  bostanlarda,  eləcə  də 
çəmənlərdə, yol boyunca, meşə talalarında və kənarlarında, zibilli yerlərdə, çay çaqıl daşları arasında, 
həyətyanı  sahələrdə  müxtəlifotlu  senozlarda  rast  gəlmək  olar  [3,  4].  Cinsin  faydalı  növləri  arasında 
dərman  xassəli,  boyaq  verən  və  dekorativ  ğörünüşə  malik  olanları  var.  Tərkiblərində  efir  yağı, 
seskviterpenoid,  flavonoid,  kumarin,  poliasetilen  və  kükürdlü  birləşmələr  və  s.  müəyyən  edilmişdir 
[11,12]. Ədəbiyyat mənbələrinə görə Anthemis növlərinin efir yagları antimikrob aktivliyə malikdirlər 
[6, 9, 10]. 
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin