NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ Canlıların təkamülü prosesinin mühüm istiqamətlərindən biri onların yaşadığı mühitə adaptasiya
edərək müəyyən xarici görkəm (forma, habitus) olmasıdır. Bu proses orqanizmlərin genezsisindən çox (bir
çox alimlər bu prosesin orqanizimlərin genezisindən olmadığını qeyd edirlər [4] ətraf mühitlə qarşılıqlı
əlaqəsi nəticəsində baş verir. Bu termini E.Varminq təklif etmişdir. Onun fikrincə həyati forma (bioloji
forma, biomorf) elə bir hadisədir ki, bu zaman bitkinin vegetativ hissəsi (bədəni) bütün həyatı boyu
(toxumdan məhv olanadək) yaşadığı mühitlə harmonik halda düz, ontogenetik inkişaf zamanı bitkilərin
xarici görünüşü dəyişir. Bu proses həm ətraf mühit, həm də genomun təsiri nəticəsində baş verir. Bitkilərin
həyati formaları üzrə, xüsusən onların təsnifatı zamanı əsas götürülən kriterlər haqqında müxtəlif alimlər
fikir söyləmişlər: A.Humbolt, A.Kerner, A.Qrizebux, O.Drude [17, 18, 19]. Sonralar bitkilərin adaptasiya
xüsusiyyətlərinə əsaslanan digər təsnifatlar yaranmışdır. Bunlardan, bitkilərdə boy (bərpa) tumurcuğunun
torpaq səthinə olan münasibətlərinə əsaslanan - K.Raunkier [19] və bitkilərin yerüstü hissəsinin strukturası
və həyatilik (inkişaf) müddətinə görə - İ.Serebryakovun [10] sistemi işlədikləri sistemlər müasir
botaniklərin hələ də istinad etdikləri ən mütərəqqi sistemlər hesab olunurlar.
K.Raunkier sistemiilə təhlil göstərir ki, Azərbaycan florasının əksər Göyzəbankimiləri
hemikriptofitlərdir, yəni bunlarda gövdə əlverişsiz şəraitdə quruyur, bitkinin canlı hissəsi torpaq altında
qalır və qurumuş yarpaqlarla yeni vegetasiyaya qədər qalmış olur.
İ.Serebryakov həyati formalar sistemi ilə təhlil apardıqda isə məlum olmuşdur ki, Azərbaycan
florasının Göyzəbankimilərinin demək olar ki, hamısı ot bitkiləridir. Yalnız Moltkia coerulea növü
yarımkol həyat formasına aid edilir. Ot bitkiləri isə öz növbəsində bir, iki və çoxillik olurlar. Bəzən bunlar
arasında, xüsüsən bir və ya iki olmaqla keçid formalara da rast gəlinir. Cerinthe minor növü, monokarp
növ olmasına baxmayaraq, ekoloji mühitdən asılı olaraq özünü həm birillik, həm ikiillik, həm də çoxillik
ot bitkisi kimi aparır. Düşdükləri mühitdən asılı olaraq, Nonea versicolor, Myosotis arvensis, Lappula squarrosa, L.barbata və L.consanginea növləri bir və ikillik, Cynoglossum holosericeum, Myosotis lithospermifolia, M.alpestris və Echium amoenum növləri isə özlərini iki və çoxilliklər kimi aparırlar. Son
araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, Azərbaycanda bu fəsilənin 105 növünə (31 cins üzrə)
rast gəlinir ki, onlar arasında biomorflar aşagıdakı cədvəldə verildiyi kimi paylanmışdır (cədvəl 1).